Azərbaycanda bu uşaqlara pul ayrılır - RƏSMİ AÇIQLAMA

"Onlara yönələn sosial ödənişlər də mütəmadi artırılır"

Azərbaycanda 600 minədək uşaq müxtəlif növ sosial ödənişlərlə təmin olunur.

BakuCity.az-ın məlumatına görə, bunu Baku.ws-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

F.Talıbov qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlar, ailə başçısını itirmiş uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin uşaqları, müddətli həqiqi hərbi xidmət qulluqçularının, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların və onlara bərabər tutulanların uşaqları və digər uşaqlar birbaşa dövlətin təminatındadır:

“Onlara yönələn sosial ödənişlər də mütəmadi artırılır və 2019-cu ildə bu sahədə də çox ciddi artımlar edilib. Belə ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün ötən il aylıq müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb və onlara quluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis olunub. Beləliklə, bu istiqamət üzrə sosial ödənişin məbləği ümumilikdə 200 manat olmaqla 2,4 dəfə artıb. Həmçinin bu ilin əvvəlindən sağlamlıq imkanları məhdud uşaqlara ailə başçısını itirdikləri halda buna görə aylıq müavinəti (80 manat) almaq, yəni sağlamlıq imkanları məhdudluğa və ailə başçısını itirməyə görə təyin olunan müavinətlərin hər ikisini almaq hüququ verilib”.

Onun sözlərinə görə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara günərzi qayğı və icma əsaslı reabilitasiya, surdoloji xidmətlər, psixoloji yardımlar və s. göstərilir ki, bu xidmətlər 8 minə yaxın uşağı əhatə edir:

“Göründüyü kimi, qayğıya ehtiyacı olan uşaqlar sosial dəstəklə təmin olunur, ailənin imkanlı və imkansız olmasından asılı olmayaraq hər bir uşağa aylıq müavinət (uşaq pulu) verilməsi fikri isə hər hansı sosial-iqtisadi əsaslandırmaya söykənmir”. 

BakuCity.az

uşaqlar ödənişlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Tanınmış müğənni Nura Suri özünə yeni iş tapıb. BakuCity.az xəbər verir ki, müğəni tikinti şirkətlərindən birinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Nura Suri bir müddət əvvəl özünə yeni iş axtardığını demişdi. "Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil", - deyə məşhur müğənni bildirmişdi. (azxeber.com) BakuCity.az
Mədəniyyət
“Mənəviyat Carçısı” adlı sənədli filmin çəkilişləri uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi I qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “VətənTV” Media Şirkətində istehsal olunacaq “Mənəviyyat  Carçısı” adlı sənədli filmin çəkilişləri davam edir. BakuCity...
Biznes
AQTA ictimai iaşə obyektlərinin əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. BakuCity.az AQTA-ya istinadən qaydaları təqdim edir: • Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, o...
Cəmiyyət
Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq edilib. Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlar hazırda “Fly Dubai” şirkəti vasitəsilə həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq Bakıdan Dubaya gedən sərnişinlərdən iki forma doldurulması tələb olunur. Bunlardan biri sağlamlıq haqqında olur, Dubaya getmək istəyən şəxsin COVID-19 virusuna yoluxub-yoluxmaması, bu virusu daşıyanlarla ünsiyyətdə olub-olmaması ilə bağlı məlumatları əks etdirir. Digəri...
Cəmiyyət
Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir. BakuCity.az koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir: 1-3-cü gün Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur...
Ekologiya
Bakıda 12 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz  28-32,  Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70,...
Cəmiyyət
Azərbaycanda tanınmış aparıcıya vəzifə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub. BakuCity.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” b...
Cəmiyyət
Paytaxtda nəzarət-profilaktiki reydlər keçirilir. Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və DQ-nin hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirilir. BakuCity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, polis və DQ-nin naryad q...