Duman olacaq
Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
Yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
BakuCity.az