Yeni gəmiyə və Pirşağıdakı məktəbə Xoşbəxt Yusifzadənin adı veriləcək

Yeni gəmiyə və Pirşağıdakı məktəbə Xoşbəxt Yusifzadənin adı veriləcək

Pirşağıdakı məktəbə də akademikin adı veriləcək

Prezident İlham Əliyev Xoşbəxt Bağı oğlu Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adının verilməsini təmin etsin.

Həmçinin oxu: Xoşbəxt Yusifzadənin “elektriçka” əhvalatı: “Bəxtiyar sağ olsaydı, deyəcəkdi, evi qaytar” - VİDEO

Həmçinin Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adı veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

BakuCity.az

Xoşbəxt Yusifzadə məktəb gəmi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər