Qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirilib - FOTO

Qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirilib - FOTO

Qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədi ilə növbəti reyd Xəzər dənizinin Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri ətrafında keçirilib. 

BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, 4 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Xəzər sahilinin sözügedən əraziləri balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib. 

İ.İbrahimovanın sözlərinə görə, qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir:

“Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq”.

Qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirilib - FOTO, fotoşəkil-1 Qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirilib - FOTO, fotoşəkil-2 Qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirilib - FOTO, fotoşəkil-3 Qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirilib - FOTO, fotoşəkil-4

BakuCity.az

qanunsuz balıq ovu reyd
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər