Digər ərazilərdə də parklanma ödənişsizdir
Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.
Bu barədə BakuCity.az Bakı Nəqliyyat Agentliyindən məlumat verilir.
Agentlik bir daha qeyd edir ki, Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.
Bir daha sürücülərdən “Yol hərəkəti haqqında” qanunun tələblərinə əməl etmələri, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamaları xahiş olunur.