Kirayə mənzillərin satışı ilə bağlı fond yaradıldı

Kirayə mənzillərin satışı ilə bağlı fond yaradıldı

İş prosesləri tam avtomatlaşdırılıb

2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədilə hazırlıq işləri həyata keçirib.

BakuCity.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, mexanizm çərçivəsində mənzil fondu yaradılıb, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib.

Eyni zamanda, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb.

Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara “ASAN Xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

BakuCity.az

kirayə mənzillər satış fond
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər