“CinemaPlus”da 20 Yanvar faciəsinə həsr olunmuş film ödənişsiz nümayiş olunacaq

“CinemaPlus”da 20 Yanvar faciəsinə həsr olunmuş film ödənişsiz nümayiş olunacaq

20 Yanvar faciəsinə həsr olunmuş film ödənişsiz nümayiş olunacaq

“CinemaPlus”-dan BakuCity.az-a verilən məlumata görə, kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində “Qanlı Yanvar” filminin ödənişsiz nümayişini həyata keçiriləcək.

Filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası-Xədicədir.

Əlavə olaraq, 20 yanvar tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.

BakuCity.az

bakı 20 Yanvar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər