Daha 250 ailə üçün intensiv meyvə bağları salınıb

195 hektar torpaq sahəsi şumlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsi çərçivəsində 32 rayonda daha 250 ailə üçün intensiv meyvə bağları salınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, layihəyə cəlb olunmuş iştirakçılardan 178-i aztəminatlı, 52-i əlilliyi olan şəxs, 20-i isə şəhid ailəsi üzvləridir.

İştirakçılar, ilk növbədə, müvafiq təlimlərə cəlb olunub. Daha sonra müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik 195 hektar torpaq sahəsi şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilib, sahələrdə müasir damlama suvarma sistemləri quraşdırılıb. 30 hektardan çox ərazi köhnə ağac və kötüklərdən, kollardan, daşlardan təmizlənib, suvarma sistemlərinin istismarı üçün sahələrə elektrik xətləri çəkilib və digər texniki işlər həyata keçirilib.

Beləliklə, bağçılıq üçün yararlı hala salınmış sahələrə gavalı, gilas, alma, xurma, nar, badam, qoz, fındıq, ərik, heyva və digər ağac tingləri əkilib.

Eyni zamanda, layihə iştirakçılarına sahələrə aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Sosial bağlar” layihəsinin ilk mərhələsi kimi, 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınmışdı. 

BakuCity.az

meyvə bağları sosial bağlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Məktəblərdəki son vəziyyət açıqlanıb. Təhsil Nazirliyi ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb. BakuCity.az xəbər verir ki, sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub. Məlumata görə, 10 şagirddə koronavirus aşkarlanıb. Virusun aşkarlandığı işçi heyətin sayı isə 7 nəfərdir. Həmçinin oxu: Ekspert: Məktəblərin fəaliyyəti yenidən məhdudlaşdırılacaq Sentyabrın 22-də 7 nəfər işçi heyətdə də 37...
Cəmiyyət
Təmir-bərpa işlərinə başlanılır.  "Qaz İxrac" İdarəsi bu gün səhər saat 09:00-dan etibarən "Alatava” Qaz Paylayıcı Stansiyasından qidalanan "Mikrorayon” və "Tbilisi prospekti” ölçü qovşaqlarında təmir işlərinin aparılması ilə əlaqədar qaz təchizatını dayandırmağı planlaşdırır. Qaz xətti üzərində yerləşən diametri 250 mm-lik siyirtmədə əmələ gəlmiş qaz sızmaları aradan qaldırılacaq. BakuCity.az "Azəriqaz"a istinadən xəbər verir ki, təmir işləri görülən vaxt...
Cəmiyyət
Kimlər hərbi təlimlərdə iştirakdan boyun qaçıra bilərlər?  Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması barədə məlumat yayıb.  BakuCity.az xəbər verir ki, bundan sonra paytaxt və digər şəhərlərdəki gənclərə Səfərbərlik Xidmətindən zənglər gələrək rayon hərbi komissarlıqlarına yaxınlaşması istənilib...
Cəmiyyət
Metroda “maska insidenti”. 31 may 2020-ci il tarixdə “Bakı Metropoliteni”nin “Qara Qarayev” stansiyasında xidməti vəzifələrini icra edən “Bakı Metropoliteni”nin Polis Şöbəsinin əməkdaşlarına bir qrup şəxs tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 221.2.2 (ictimai qaydanın qorunması üzrə və...
Cəmiyyət
Qürurverici mənzərə yaranıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması qurumun yerli rayon idarələrinin qarşısında izdihama səbəb olub. BakuCity.az xəbər verir ki, insanlar cəbhəyə gedərək döyüşmək və torpaqlarımızın azad olunmasında iştirak etmək istədiklərini bildiriblər. Müxtəlif yaşda olan insanlar torpaqlarımızın işğaldan azad olunmas...
Cəmiyyət
"İki həftədən sonra yenidən tədris müəssisələrini fəaliyyəti məhdudlaşdırılacaq”. BakuCity.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. K.Əsədov bildirib ki, hazırda məktəblərdə monitorinqlər aparırıq və görünən vəziyyət ürəkaçan deyil: "Şagirdlər məktəbə daxil olan zaman onlar qorunurlar, amma hər şey məktəbin qarşısında baş verir. Apardığımız monitorinqlər...
Ekologiya
Bakıda sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu  olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.  Cənub-şərq küləyi əsəcək.   Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz 25-27 də...
Siyasət
Birgə təlimlər başlayıb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəhbərliyi altında 21-26 sentyabr tarixlərində Cənubi Hərbi Dairəsində, Qara və Xəzər dənizlərində “Qafqaz-2020” təlimi keçiriləcək. BakuCity.az Rusiya mediasına istinadən xəbər verir ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin və Milli Qvardiyanın əməkdaşları, habelə Ermənistan, Belarusiya, İran, Çin, Myanma və Pakistandan minədək hərbçi daxil olmaqla t...
Ekologiya
Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu  olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.  Cənub-şərq küləyi əsəcək.   Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz 25-27 dərəcə is...