Bakı metrosunda qatı tüstü: Görmə məhdudlaşdı, SOS işə düşdü

Bakı metrosunda qatı tüstü: Görmə məhdudlaşdı, SOS işə düşdü

Hətta SOS işə salınıb

Bu dəqiqələrdə metronun “Elmlər Akademiyası” stansiyasında qatı tüstü müşahidə edilib.

BakuCity.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, tüstü o qədər çox olub ki, görməni məhdudlaşdırıb, hətta SOS işə salınıb.

Məsələ bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, tüstüyə səbəb hansısa yanğın hadisəsi deyil:

Həmçinin oxu: Bakı metrosunun ənənəvi problemi: 30 saniyəyə onlarla insan qatara necə minib-düşsün? - RƏSMİ CAVAB

“Stansiyalardakı ventilyatorlar iki rejimdə çalışır: biri havanı içəri sovurur, digəri içəridəki havanı çölə vurur. Ventilyatorlarda yaranan qısa nasazlıq səbəbindən bu tüstü müşahidə edilib.

Ventilyatorların avtomatik rejimində dəyişiklik edilib və problem aradan qalxıb”.

B.Məmmədov bildirib ki, narahatlıq üçün əsas yoxdur:

“Bəzən stansiyalarda “kabab iyi gəlir” deyənlər olur. Bu da ventilyatorın çöldən sovurduğu hava ilə əlaqədardır”.

BakuCity.az

Bakı metro tüstü ventolyator
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər