Kolleksiyaçı: Medalları pulla almışam, muzeyə bağışlayacağıma söz vermirəm - MÜSAHİBƏ

Azərbaycanda cəmi 3-4 medal kollesiyaçısı var

BakuCity.az-ın “Öz hekayəni danış” layihəsinin növbəti qonağı medal kolleksiyaçısı Fəxrəddin Həbibovdur

Fəxrəddin Həbibov 3 noyabr 1955-ci ildə Bakıda anadan olub. 1972-ci ildə 18 nömrəli orta məktəbi bitirib. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Hidromeliorasiya fakültəsinə daxil olub. 1977-ci ildə institutu “Çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi” ixtisası üzrə bitirib, elə həmin il Azərbaycan Hidrotexnika və Meliorasiya Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb. Hərbi xidmətlə işinə ara verən müsahibimiz iki il sonra işinə qaldığı yerdən davam edib.

Uzun müddət müxtəlif vəzifələrdə çalışıb və kifayət qədər böyük uğurlara imza atıb. 760 elmi-texniki monoqrafiyanın, broşürün, məqalənin və ixtiraya görə patentin müəllifidir. Azərbaycan, SSRİ, Rusiya Federasiyasının dövlət və bir neçə ictimai təşkilatlarının 30-dan artıq medalı və ordeni ilə təltif olunub. Hazırda Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun “Əsaslar, özüllər və qrunt mexanikası” laboratoriyasının ştatdankənar müdiri vəzifəsində çalışır. 

F.Həbibov 20 ildir medal toplayır və kolleksiyasında yalnız Azərbaycanda təsis edilmiş 336 medal var.

- Fəxrəddin bəy, bu medalları toplamağınıza nə stimul verdi?

- Sovet dövründə bizdə belə bir mühit yaranmışdı. O vaxt kolleksiyaçılıq çox yayılmışdı. Bu, Rusiyadan keçmə bir mədəniyyət idi. Yəni dünyadan imperiyaya, imperiyadan da bizə keçmişdi.

Əvvəlcə faleristika (orden, medalları öyrənən elm – red.) ilə məşğul oldum. Amma bu, çox çətin sahədir, çox vəsait tələb edir. Sonra bir dəfə Məhəmməd Füzuliyə həsr olunmuş medal nəzərimi çəkdi – üz tərəfində Füzulinin özünün, arxasında isə Leyli və Məcnundan bir təsvir var idi. O medalı aldım və beləcə davamlı olaraq medal alıb yığmağa başladım. Sonra məqam gəldi ki, kolleksiyanı sənədləşdirmək və s. lazım oldu.

- Kolleksiyanızda hədiyyə edilən, yoxsa satın aldığınız medallar daha çoxdur?

- Əsasən, masaüstü medalları toplamışam. Onlar dövlət və müxtəlif təşkilatlar tərəfindən təsis edilib və hansısa ictimai xadimə, yubilyara verilib. Aralarında müxtəlif idarə və müəssisələrə təqdim edilənlər də var. Bu medalların əksəriyyətini pulla almışam, bəziləri hədiyyə olunub.

- Sirr deyilsə, ən baha olanı neçəyə başa gəlib?

- Elə medal var ki, onu əldə etmək mənə pulla başa gəlməyib, amma fikrimcə, çox bahalıdır, çünki yeganədir. Ümumilikdə isə medalların qiyməti hazırda orta hesabla 20 manatdan 300 manata qədərdir. Onları almaq üçün heç vaxt ailə büdcəsindən pul xərcləməmişəm, əsasən, cib xərcliyimi sərf etmişəm.

Kolleksiyaçılıq çətindir, medal kolleksiyaçısı olmaq isə daha çətindir. Yəqin buna görə də Azərbaycanda cəmi 3-4 medal kollesiyaçısı var. Mən medalların sayına görə onlardan öndəyəm. Son dövrlərdə təsis edilən medallar isə hələ satışa çıxarılmadığı üçün əldə etməmişəm.

- Kolleksiyaya əlavə etmək üçün medalın necə olmasının fərqi var?

- Xeyr. Medal təsis edilmiş artefaktdır. Onun çox yüksək səviyyədə olması şərt deyil. Ümumiyyətlə, kolleksiya o demək deyil ki, sən yalnız dəyərli olanları toplamalısan. Artefaktı özündə əks etdirən hər nümunədən kolleksiya toplamaq olar. Bəzən yüksək səviyyəli, amma asan tapılan, bəzən də çox aşağı keyfiyyətli, amma nadir, tapılmayan medallar olur.

- Onları necə qoruyub saxlayırsınız?

- Medalları qoruyub-saxlamaq çox çətindir. Hələ gənc vaxtlarımdan İsveçrədən xüsusi qutular gətizdirmişəm; hər birində 6 medal saxlamaq mümkündür. Amma bu qutular hazırda bahadır, ən ucuzu 40 manat təşkil edir. Buna görə də hər adam bunu edə bilmir.

- Ümumiyyətlə, yığdığınız medallarla bağlı planlarınız nədir? Onları muzeyə verəcəksiniz, yoxsa elə ailənizdə qalmasını istəyirsiniz?

- Yeganə qızım üçün bu sahə elə də maraqlı deyil. Ümumiyyətlə, həyat bizə göstərir ki, kolleksiyaların aqibəti çox vaxt sənin istədiyin kimi olmur. Ona görə, elə vaxt yetişir ki, kolleksiyanı digər kolleksiyaçıya satmağa məcbur olursan. Yalnız bu halda sənin zəhmətin it-bata düşmür.

Muzeyə bağışlayacağıma isə söz vermirəm, çünki bu da çox çətindir. Əvvəla ona görə ki, muzeylərimizdə onsuz da medallara həsr olunmuş xüsusi bir köşə, yer yoxdur. Olsa belə, orada da kolleksiyan sən istədiyin səviyyədə qorunmayacaq, dağılıb gedəcək. Bir gün gələr, muzeydə medallar kataloqlaşdırılar və onlara xüsusi baxım olar, qorunub saxlanar, onda bu barədə fikirləşə bilərəm. Hələlik heç nə dəqiq deyil.

- Sizcə, indiki gənclərdə kolleksiyaçılığa nə dərəcədə maraq var?

- Hazırda gənclərimizin bu sahəyə marağı azdır, amma bəlkə də nə vaxtsa onları necəsə maraqlandıra biləcəyik. Çünki artıq Azərbaycan müstəqildir və biz də çalışırıq ki, bu mədəniyyət inkişaf etsin, gənclərimiz üçün maraq kəsb etsin, onlar bu sahəni davam etdirsinlər. Məsələn, mən ötən əsrin 90-cı illərində bu işə təzə başlayanda narazılıq edirdim ki, Azərbaycan öz medallarını buraxmır. Sonra öz medallarımız təsis edildi. Ona görə də heç bir halda pessimist olmaq olmaz.

Əslində kolleksiyaçılıq da bir mədəniyyətdir. Bu mədəniyyəti gənclərə aşılamaq, onları maarifləndirmək lazımdır. Gənclərimizin vasitəsilə dünyaya göstərmək lazımdır ki, Azərbaycanda da kolleksiyaçılıq mədəniyyəti var və biz heç də digər ölkələrdən geri qalmırıq.

Ramilə Qardaşxanqızı

BakuCity.az

kolleksiya medal
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Nuru Paşa qərargah kimi Kərbəlayi Qasımın evini seçib Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun əvəzsiz xidmətləri olub. BakuCity.az Azvision.az-a istinadən xəbər verir ki, 1918-ci ilin yay aylarında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Qobu kəndində qərargah qurub...
Ekologiya
Gündüz şimal küləyi əsəcək Fevralın 23-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda dəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti ola...
Hadisələr
Ofisiantın başını qatmaq üçün çay istəyiblər Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb. BakuCity.az-ın məlumatına görə, “Pink House” restoranının administratoru Seyran Əsgərov “Qafqazinfo”ya bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər: “Yəqin elə tez qaçsınlar deyə, oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nə...
Hakimiyyət
Səsvermə günü cəmi 350 səs toplayıb Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini Gültəkin Sadıqova YAP-ın deputatlığa namizədi olub. BakuCity.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, o, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mübarizəyə qoşulub. Həmçinin oxu: Tutulan icra...
Hadisələr
Araşdırma aparılır Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Ç.Kərimov küçəsindəki evlərin birində yaşayan 3 yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hakimiyyət
Dubayda və Türkiyədə də biznes qurub Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. BakuCity.az Yeniavaz.az-a istinadən məlumat verir ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə...
Hadisələr
21 yaşı vardı Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.    BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova tələbə olub. BakuCity.az
Cəmiyyət
Xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb Tovuzun bir neçə kəndində “parotit”, yəni el dilində “qulaqdibi” xəstəliyi yayılıb. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, dörd aydır davam edən xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb. Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb. Xəstəlik ilk dəf...
Cəmiyyət
Araşdırma aparılır Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Alim Tomar oğluna qohumu Bakı...