“Bizim market”lərdə 12 ton saxta kərə yağı aşkarlanıb - FOTO

14 filialdan ümumilikdə 12 ton 575 kq məhsulun satışı dayandırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər.

AQTA-dan BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod “Foodini” MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı kərə yağına aid olub.

“Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının “Luninec” ASC olması qeyd edilib. Belarusun “Luninec” ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin “Belorusskaya Korova” əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.

Məlum olub ki, “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Belarusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi “SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan Qida Təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb.

Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.

Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. “Bizim market” şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilib və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb.

BakuCity.az

market saxta yağ
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
"Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur". BakuCity.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan "Facebook"da yayınlanan "Sosial saat" verilişində deyib.  Ayxan Məcidov qeyd edib ki, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilərin yaş həddi 65, qadınların is...
Siyasət
Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu uçuşlara başlayıb. BakuCity.az xəbər verir ki, bu barədə real uçuşları qeydə alan flightradar24.com saytında məlumat verilib. Bildirilib ki, aparatların uçuşu səhər saatlarından başlayıb və hələ də davam edir. Türkiyə PUA-larının kəşfiyyat uçuşlarının Tovuz istiqamətində hərbi gərginliklə bağlı olduğu qeyd edilib. (modern.az) BakuCity.az
Siyasət
“Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında artıq silahlar danışmalıdır. Çünki düşmən tərəfi bizə başqa yol qoymayıb”. BakuCity.az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. Üzeyir Cəfərov Ermənistanın Azərbaycana müharibədən başqa ikinci bir yol saxlamadığını bildirib. “Prezidentin də dediyi kimi, əgər danışıqlar prosesi nəticə vermirsə, geriyə sadəcə problemin hərbi yolla həll olunması məsələsi qalır. Artıq silahlar danışmalıdır. Dün...
Cəmiyyət
İlk səfərbərlik qrupu yola düşüb.  Xəbər verdiyimiz kimi Dövlət Səfərbərlik Xidmətinin yaydığı məlumata görə, bu gündən Azərbaycan ordusunun ehtiyatda olan hərbi qulluqçuları təlim keçmək üçün çağırılır. Həmçinin oxu: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı – ÇAĞIRIŞ BakuCity.az xəbər verir ki, artıq Ağdaş rayonundan ilk qrup yola düşüb. (parla) BakuCity.az
Cəmiyyət
Erməni ordusu təxribat törətməkdə davam edir. Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir. BakuCity.az xəbər verir ki, təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 s...
Siyasət
Mənasız danışıqlar bitdi! “Azərbaycan regionda müharibənin başlamasına hər zaman qarşı olub. Amma Ermənistan tərəfi hər bir yolla bölgədəki vəziyyəti qarışdırmağa, işğal siyasətini davam etdirməyə çalışıb. Ölkə başçısı son çıxışında bu məsələyə xüsusilə toxundu və artıq danışıqlar prosesini uzanmasının mənasız olduğunu bildirdi”. BakuCity.az xəəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millə...
Cəmiyyət
Tovuz istiqamətində düşmən növbəti dəfə təxribat törədib. Bu gün saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Həmçinin oxu: Azərbaycan Ordusunun çavuşu şəhid oldu BakuCity.az xəbər verir ki, Şəhid olan kiçik çavuş Məmmədov Elşən Əli oğlu Tovuzun Qaziqulu kəndin...
Cəmiyyət
Vəziyyət gərginləşir. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir. Amma bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və düşmən ağır itkilərə məruz qalıb. BakuCity.az xəbər verir ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində...
Cəmiyyət
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. BakuCity.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtə...