Bütün qəbul imtahanlarının vaxtı açıqlandı - CƏDVƏL

Fevralın 16-da sınaq imtahanı keçiriləcək

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan yanvarın 26-da keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) BakuCity.az-a verilən məlumata görə, fevralın 2-də magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.

Fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanı (I-IV ixtisas qrupları üzrə, II mərhələ) keçiriləcək.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart (1, 9, 15, 29 mart) ayında keçiriləcək.

Digər imtahanların qrafiki ilə buradan tanış olmaq mümkündür.

"Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik", -DİM-dən bildirilib.

2020-ci ilin ilk 3 ayı ərzində keçirilməsi nəzərdə tutulan imtahanların və tədbirlərin tarixləri:

Tədbir

Tarix (2020-ci il)

Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlər üçün xarici dil imtahanı

QƏBUL İMTAHANI

26 yanvar

Sınaq imtahanı

18 yanvar

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu

QƏBUL İMTAHANI

23 fevral

Sınaq imtahanı

02 fevral

Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün sınaq imtahanı (I – IV ixtisas qrupları, 2-ci mərhələ )

16 fevral

Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu

QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları)

29 mart

Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (I mərhələ)

29 mart

Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan dili və ya rus dili

imtahanı (I mərhələ)

29 mart

Buraxılış imtahanları

İlk peşə-ixtisas təhsili müəssisələri

16 fevral

İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan

dili imtahanı

17 fevral

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət

1 mart

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət

9 mart

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət

15 mart

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (eksternat qaydasında imtahan verənlər üçün)

29 mart

Dövlət qulluğuna qəbul

Elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar

26 yanvar, 16 fevral, 15 mart

Elektron sınaq imtahanları

17, 22, 29 yanvar

Vəkillər kollegiyasına üzv olmaq üçün elektron imtahan

31 yanvar

BakuCity.az

qəbul imtahanları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Daxili İşlər Nazirliyi əhaliyə çağırış edib. DİN-nin Mətbuat Xidmətindən BakuCity.az-a bildirilib ki, Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib: “Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün...
Cəmiyyət
Azərbaycanın işğal altında olan torpağı Şuşadan görüntülər yayılıb. BakuCity az xəbərnverir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Şuşada çəkilən görüntülərdə küçələrdə bir nəfər də olsa insan gözə dəymir. Ermənilər şəhəri tərk ediblər. BakuCity.az
Cəmiyyət
Sahə tibb məntəqələrində üçüncü monitorinq həyata keçirilib. Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin üçüncü monitorinqi həyata keçirilib. BakuCity.az xəbər verir ki, işçi qrupunun üzvü Nailə Daşdəmirova hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı dayanmadan artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş re...
Cəmiyyət
Ermənistan ordusu hərbçilərini nəinki silahla, heç hərbi çəkmələrlə də təmin edə bilmir. BakuCity.az xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində Qarabağdakı separatçı, quldur rejimin "rəhbəri” Araik Arutunyanın hərbçilərlə şəkli yayılıb. Şəkildə bir işğalçı hərbçinin ayağında tərlik var. Bölgənin relyefini, havanı nəzərə alaraq, düşmən hərbçilərinin hərbi çəkmə ilə təmin edilməməsi Ermənistan ordusundakı vəziyyətin nə qədər acınacaqlı olduğunu bir...
Cəmiyyət
Azərbaycan ordusu daha bir neçə ərazini işğaldan azad edib. Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi  məlumat yayıb. Bildirilib ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun keçirdiyi əməl...
Cəmiyyət
Düşmən ordumuz tərəfindən atəşə tutulur. Azərbaycanın artilleriyaçıları düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Cəmiyyət
Erməni radiosunun saytında Burak Özdemirin fotosu yerləşdirib. Ermənistan İctimai Radiosu Ermənistan Müdafiə Nazirliyinin cəbhədə savaşan ermənilərlə bağlı hazırladığı video xəbərin başlıq şəklinə məşhur türkiyəli bloqçu Burak Özdemiri hərbi formadakı görüntüsünü yerləşdirib. BakuCity.az xəbər verir ki, həmin xəbər radionun saytında dərc olunub. Bu, Ermənistan İctimai Radiosunun qalmaqala yol aça biləcək ilk hərəkəti deyil. Belə ki, radionun saytında türki...
Cəmiyyət
Sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. BakuCity.az
Cəmiyyət
“714 yoluxma bizim üçün də yeni rəqəmdir”. “Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Amma 714 yoluxma bizim üçün də yeni rəqəmdir. Sağalanların sayı 176 nəfərdir. Havalar hələ çox soyumadığı üçün insanlar da bizimlə razılaşar ki, mövcud artım dinamikasını bununla əlaqələndirə bilmərik. Deməli burada başqa məqamlar var. Sentyabr ayında yoluxmaların sayının azalması insanları bir qədər rahatlaşdırdı. Artıq yenidən həyəcan...