Bakıya elektriklə işləyən taksi gətirildi - VİDEO

Bakıya elektriklə işləyən taksi gətirildi - VİDEO

Üç ay ərzində Bakıya yeni "London taksi"ləri gətiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ''Bakı Taksi Xidməti'' MMC Bakıya nümunə olaraq müasir standartlara cavab verən 1 ədəd "London taksisi" gətirib.

BakuCity.az Xezerxeber.az-a istinadla xəbər verir ki, bu avtomobil elektriklə işləyir.

Bu taksidən istifadə edən sərnişinlər ödənişi POS-terminallar vasitəsilə də ödəyə bilir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, 3 ay ərzində bu taksilərin sayı 100-ə çatdırılacaq.

Həmçinin oxu: Prezident tapşırıq verdi: Bakıya elektriklə işləyən taksi maşınları gətiriləcək

''Bakı Taksi Xidməti'' MMC-nin baş direktoru Fuad Əliyev deyib ki, bu taksilər müasir texnologiyalarla təchiz edilib.

Bununla yanaşı, taksilərə fiziki qüsurlu şəxslərin rahat minib-düşməsi üçün panduslar quraşdırılıb. Üstəlik, yeni taksilər android sistemlə də təchiz olunub.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində elektriklə işləyən bu cür taksilərə tələbat artıb.

BakuCity.az

Bakı London taksisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər