Polis: Rusiyadan zorla Bakıya gətirildiyi iddia olunan qız sığınacağa yerləşdirilib

Polis: Rusiyadan zorla Bakıya gətirildiyi iddia olunan qız sığınacağa yerləşdirilib

Qız cinsi oriyentasiyasını dəyişdiyini etiraf edib

Rusiyadan anası tərəfindən zorla Bakıya gətirildiyi iddia olunan 18 yaşlı Sevgiya Sübhani İsmayılova Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib.

BakuCity.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq qeyd edib ki, gənc qız paytaxtda yerləşən sığınacaqlardan birinə yerləşdirilib.

"Hazırda Sevgiya Sübhani İsmayılova mühafizə altındadır. Sağlamlığı qaydasındadır. Bütün zəruri təbirlər görülüb, hüquqi yardım göstərilib", - deyə E.Hacıyev bildirib.

Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Krasnoyarsk sakini olan qadın cinsi oriyentasiyasını dəyişdiyini etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək sənədlərini, telefonunu və antidepresantlarını əlindən alıb.

Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibb Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi oriyentasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb.

BakuCity.az

Rusiya qız sığınacaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər