Bakıda məktəbliləri aparan avtobus qəzaya düşdü, yaralılar var

Avtobusla mikroavtobus toqquşub

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində baş verib.

107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı 99 LH 456 dövlət nömrə nişanlı avtobusla orta məktəb şagirdlərini daşıyan "Mercedes" markalı 10 MT 884 dövlət nömrə nişanlı mikroavtobus toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan, 322 saylı orta məktəbin şagirdləri - 2007-ci il təvəllüdlü Məmmədova Fatimə İlqar qızı, 2007-ci il təvəllüdlü Məcdinov Nihad Elçin oğlu müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına, 2004-cü il təvəllüdlü Nəcəfova Fəridə Zahir qızı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 2002-ci il təvəllüdlü Hüseynli Sevil Habil qızı isə 10 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

Yaralılara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı avtobus qəza məktəblilər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə rəsmi münasibət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. BakuCity.az-ın verdiyi məlumata görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələl...
Cəmiyyət
Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlanıb Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onları...
Ekologiya
Axşam şimal-qərb küləyi əsəcək Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 30-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz oluna...
Cəmiyyət
Karantinə alınıb Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb. BakuCity.az-ın məlumatına görə, bunu 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov "Report”a deyib. Deputat icra başçısının müavini ilə əlaqə saxladığını bildirib: "Alıcı Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, İcra Hakimiyyətin...
Cəmiyyət
İnzibati tənbeh tədbirləri tətbiq ediləcək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücü və avtomobil sahiblərinə müraciət edib. BakuCity.az-ın məlumatına görə, idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, artıq küçə və prospektlərdə quraşdırılan kameralar işə salınıb: “Bu gündən reydlərə başlamışıq. Paytaxt küçələrində səbəbsiz olaraq şəxsi avtomobillərindən istifadə edən şəxslər saxlanılaraq nəqliyyat vasitə...
Cəmiyyət
“Hər şey vəziyyətin gedişatından asılıdır” Təhsil Nazirliyi məktəblilərin yay tətilinin ləğvi məsələsinə aydınlıq gətirib. BakuCity.az-ın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yay tətilin ləğv olunacağını güman etmir: “Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”. O qeyd edib ki, indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil, hər şey vəziyyətin gedişatından asılıdır. Qeyd edək ki, koron...
Cəmiyyət
Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin tələbləri daha da gücləndirilib. BakuCity.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, tələblərdən biri Bakı Metropoliteninin müəyyən saatlarda işləməsidir. Belə ki, metro gündüz 07:00-09:00 və axşam 17:00-20:00 arası işləyəcək. Lakin artıq səhər saatlarında metronun açılmasını gözləyən xeyli insan stansiyalara toplaşıb. Bu isə xüsusi karantin rejiminin...
Cəmiyyət
Həmin şəxslər şəxsi maşınları ilə də Bakıya buraxılmayacaqlar Bakı qeydiyyatında olan, amma hazırda rayonda olan şəxslərin Bakıya girişi bu gündən tam dayandırılır. BakuCity.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yalnız istisna hal təşkil edən şəxslər Bakı, Sumqayıt və Abşerona buraxılacaq: “Bunlara sosial işçiləri, kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul ol...
Cəmiyyət
İş yerləri bağlanır, bəziləri işdən çıxarılır, maaş ala bilmirlər Son günlər sosial şəbəkələrdə kommunal ödənişlərdə güzəşt məsələsi müzakirə olunur. Buna səbəb koronavirus infeksiyasına yoluxmaq təhlükəsi ilə əlaqədar evdən çıxmayan vətəndaşların qaz, elektrik enerjisi və sudan daha çox istifadə etməsidir. Belə olan haldavətəndaşların bu istiqamətdə xərcləri artır. Digər tərəfdən, bəzi vətəndaşların iş yerlərinin bağlanması və ödəniş etməkdə çətinliyi yar...