Bu gündən dəyişdirildi
Bakının Heydər Əliyev prospektində sürət həddi 110 km/saat-a endirilib.
Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 17-dən etibarən Heydər Əliyev prospekti - (Böyük Şor qovşağı ilə kəsişmədən başlayaraq) Mərdəkan-Zuğulba və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib.
Dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi 110 km/saat müəyyən edilib.
Sürücülərdən yollarda diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş edilir.