Azərbaycanlı model Seul Moda Həftəsinin qalibi elan olunub
Ümumdünya Gözəllik Konqresinin (WBC) prezidenti və Azərbaycan Moda Assosiasiyasının direktoru Zamir Hüseynov BakuCity.az-a verdiyi açıqlamada qeyd edib ki, Koreyada keçirilən Ümumdünya qolf festivalı və Seul Moda Həftəsi tədbirlərinin çərçivəsində "SUPERLADY OF THE WORLD" (Dünyanın superledisi) beynəlxalq gözəllik müsabiqəsi təşkil olunub:
"Seul Moda Həftəsinin özəlliyi ondan ibarət idi ki, həmin müsabiqədə yaşı 28-dən 35-ə qədər olan modellər iştirak edirdi. Azərbaycanı beynəlxalq müsabiqələrdə iştirak üzrə böyük təcrübəyə malik olan model və byuti-bloqer Leyla Əliyeva təmsil edirdi. L.Əliyeva bundan öncə "Miss Auto Moto Sport International" (Serbiya) müsabiqəsinin "Best Swimsuit" titulunun və "Lady of Brilliancy International" (Tayvan) müsabiqəsinin "Best Body" titulunun sahibi idi. Seulun ən gozəl zallarından birinin səhnəsində Leyla Əliyeva Seul Moda Həftəsinin qalibi elan edilərək tac və diplomla təltif edildi".
Qeyd edək ki, bununla bərabər L.Əliyevaya Koreya geyim brendi tərəfindən müqavilə, ABŞ və Asiya dovlətlərində baş tutacaq reklam çəkimlərinə qatılmaq təklifi gəlib.