Bakı dünyanın ən bahalı şəhərləri sırasında - SİYAHI

Bakı dünyanın ən bahalı şəhərləri sırasında - SİYAHI

Siyahıda ümumilikdə 440 şəhər var

“Numbeo” statistika resursu dünyanın ən bahalı şəhərlərinin reytinqini açıqlayıb.

BakuCity.az xəbər verir ki, “yaşayış dəyəri indeksi”nə görə dünyanın ən bahalı şəhəri İsveçrənin Sürix şəhəri olub. Ən bahalı şəhərlər reytinqində ilk beşlikdə İsveçrə şəhərləri qərarlaşıb - Bazel, Lozanna, Cenevrə və Bern.

Sonrakı sıralarda Norveçin Stavanger, Oslo və Tronheym şəhərləri yer alıb.

Dünyanın ən bahalı şəhərlərinin ilk “10-luğ”unu İslandiyanın Reykyavik, Norveçin Bergen şəhərləri tamamlayır.

Azərbaycanın paytaxtı Bakı reytinqdə 390-cı yeri tutub. Moskva (251-ci yer) Rusiyanın, Tehran (285-ci yer) isə İranın ən bahalı şəhəri kimi reytinqdə yer alıb.

Türkiyənin İstanbul (325 yer), Bursa (360), Ankara (362), İzmir (377) və Antalya (387) da siyahıya düşüb.

Siyahıda ümumilikdə 440 şəhər var.

BakuCity.az

Bakı bahalı şəhərlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər