Bakıda 3 mərtəbəli metro stansiyasının açılacağı vaxt bilindi

Bakıda 3 mərtəbəli metro stansiyasının açılacağı vaxt bilindi

Tikintinin əsas mərhələsi başa çatıb

Bakı Metropoliteninin tikilməkdə olan "B3" stansiyasında avadanlıqların quraşdırılmasına başlanıb.

BakuCity.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə deyib.

Onun sözlərinə görə, hazırda stansiyanın platformasında mərmərlərin döşənməsinə başlanılıb:

Həmçinin oxu: Fevralda Bakıya yeni metro vaqonlarının ilk partiyası gətiriləcək

"Tikintinin əsas mərhələsi başa çatıb. Yolun tikintisi tam yekunlaşıb. Artıq stansiyanın eskalatorları quraşdırılır. Bu mərhələ də başa çatmaq üzrədir. 17 eskalatordan ibarət stansiya 3 səviyyədən (mərtəbədən) ibarət olacaq”.

B.Məmmədov vurğulayıb ki, işlər qaydasında gedərsə, bu il stansiya sərnişinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, şərti adı B3 olan və Bənövşəyi xətdə yerləşən stansiya paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.

BakuCity.az

Bakı metro stansiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər