Xətaidə küçə itləri sürü şəklində gəzir, insanlara hücum edir - VİDEO

Xətaidə küçə itləri sürü şəklində gəzir, insanlara hücum edir - VİDEO

Gündüz vaxtı çox da gözə dəymirlər

Paytaxtın bəzi yerlərində və Bakıətrafı yaşayış məntəqələrində küçə itləri sakinlər üçün narahatlıq yaradır.

BakuCity.az-ın məlumatına görə, Xətai rayon sakinləri “Report”a müraciət edərək bildiriblər ki, əsasən, səhər tezdən və hava qaralandan sonra küçə itləri insanlar üçün təhlükə mənbəyinə çevrilir.

Sakinlər deyirlər ki, bu problem daha çox rayonun “Elektrotok” adlanan ərazisində (Kazımağa Kərimov küçəsi) və Nobel prospektindən Əhmədliyə gedən yolda (Süleyman Əhmədov küçəsi) müşahidə olunur.

Səhər erkən saatlarda işə gedənlər, həmçinin məktəbə tələsən uşaqlar hər gün küçə itləri ilə rastlaşır, bir çox hallarda onların sürü şəklində gəzdiklərini müşahidə edirlər.

Bundan başqa, ikinci növbə üzrə dərsə gedən uşaqlar hava qaraldıqdan sonra evə qayıdarkən bu heyvanlardan çəkindiklərini, hətta bəzi hallarda hücuma məruz qaldıqlarını qeyd edirlər. Gündüz vaxtı isə bu heyvanlar çox da gözə dəymirlər. 

Sakinlər heyvanlara zərər verilmədən bu kimi halların aradan qaldırılmasını xahiş edirlər.

BakuCity.az

Bakı sahibsiz heyvanlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər