2 gündən sonra bu yollarda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

2 gündən sonra bu yollarda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

Şəxsi avtomobillərdən az istifadə tövsiyə olunur

Yanvarın 20-si səhər saat 08:00-dan 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər başa çatanadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

BakuCity.az-ın məlumatına görə, məqsəd Şəhidlər xiyabanını ziyarət edəcək vətəndaşların rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Bununla əlaqədar olaraq Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

BakuCity.az

Bakı yollar məhdudiyyət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər