Dönər satışına nəzarət edəcək qurum yaradılır

Dönər satışına nəzarət edəcək qurum yaradılır

Bu il 40 kəsim məntəqəsi açılacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində “Süfrə” MMC yaradılacaq.

BakuCity.az-ın məlumatına görə, bunu mətbuat konfransında Agentliyin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzli bildirib ki, yeni qurum Azərbaycanda qida təhlükəsizliyi sahəsində tənzimləmə işlərini həyata keçirəcək:

“MMC ölkənin müxtəlif regionlarında cari ildə nəzərdə tutulmuş təqribən 40 kəsim məntəqəsinin açılmasına xidmət edəcək, eyni zamanda, müxtəlif dönər köşkləri və dönər satışı ilə məşğul olan müəssisələr üzrə standartları müəyyən edəcək”.

BakuCity.az

dönər satış nəzarət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər