Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO

Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO

Dünya şöhrətli ağır atlet Naim Süleymanoğlu haqqında film nümayiş olunub

“CinemaPlus 28 Mall” Premium-klass kinoteatrında “Cep Herkülü: Naim Süleymanoğlu” adlı türk filmi nümayişi olunub.

BakuCity.az xəbər verir ki, film Türkiyə və dünya idman tarixində silinməz izlər qoyan məşhur ağır atlet Naim Süleymanoğluna həsr olunub.

Bioqrafik filmin rejissoru Özer Feyzioğludur. Baş rollarda Hayat Van Ek, Yetkin Dikinciler və Selen Öztürk çəkilib.

Tədbirin xüsusi qonaqları 4 qat dünya, 7 qat avropa çempionu olan Vüqar Namazov, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev, 3 qat dünya və 7 qat avropa çempionu Ramil Əhmədov, 75 kq-da 4 qat dünya, 3 qat avropa çempionu və dünya rekordçusu Rövşən Xəlilov olub.

Həmçinin, tədbirdə maraqlı tematik müsabiqələr keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.

Həmçinin oxu: Bakıda “Quzu Şon-Femaqeddon” animasiya filmi nümayiş olunacaq – FOTO/VİDEO

“Cep Herkülü” ləqəbli Naim Süleymanoğlu Bolqarıstanda anadan olmuş və daha sonra Türkiyə vətəndaşlığını qəbul etmiş bir etnik türkdür. 47 dünya rekorduna, üç fərqli Olimpiya oyununda qazandığı 3 olimpiya qızıl medalına, eyni zamanda 6 Avropa çempionatına, 7 dünya çempionatına və bir çox digər layiqli nailiyyətlərə sahibdir. Öz çəkisininin üç dəfə artığını qaldıra bilən yeganə idmançı olub. İlk dünya rekordunu 15 yaşında qazanıb. Naim Süleymanoğlu Türkiyə xaricindəki olimpiadalarda qızıl medal qazanan ilk idmançıdır. O, əldəolunmaz rekordları qıraraq hər kəsi geridə qoyub.

Qeyd edək ki, “Cep Herkülü: Naim Süleymanoğlu” filmi yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-1 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-2 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-3 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-4 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-5 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-6 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-7 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-8 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-9 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-10 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-11 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-12 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-13 Dünya şöhrətli ağır atletdən bəhs edən film - FOTO + VİDEO, fotoşəkil-14

BakuCity.az

Bakı film Naim Süleymanoğlu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər