“Ağanatiq-2” komediyasının premyerası olacaq – Tahir İmanov detalları açıqladı

“Ağanatiq-2” komediyasının premyerası olacaq – Tahir İmanov detalları açıqladı

Filmin saundtrekini Tünzalə Ağayeva ifa edib

Fevral ayında “Planet Parni iz Baku” KVN Teatrının tamaşaçıları məşhur "Ağanatiq" komediyasının ikinci hissəsini izləyə biləcəklər.

BakuCity.az-a açıqlamasında Azərbaycanın Əməkdar artisti, “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri Tahir İmanov ikinci hissənin yeni detektiv hekayədən bəhs edəcəyini bildirərək yeni bölümün bəzi detallarını bölüşüb:

“Ağanatiq rolunun ifaçısı Cabir İmanov və onun dostları – Bəhram Bağırzadə, Ələkbər Əliyev və bəndəniz birinci hissədə Əfqanıstan müharibəsi veteranı idilər. İkinci filmdə isə onlar əsgərlik yoldaşları ilə görüşmək üçün Moskvaya uçurlar”.

T.İmanov qeyd edib ki, əsas hadisələr personajları inanılmaz sərgüzəştlərin gözlədiyi təyyarədə başlayır:

“Çoxdan idi ki, təyyarədə çəkiliş etmirdik. Fürsətdən istifadə edərək çəkiliş üçün bizə təyyarə ayıran “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərova minnətdarlığımı bildirirəm! Bütün AZAL əməkdaşları yalnız xəyal edə biləcəyimiz iş üçün lazımi şərait yaratdı".

“Ağanatiq-2” komediyasının premyerası olacaq – Tahir İmanov detalları açıqladı, fotoşəkil-1

Əməkdar artistin sözlərinə görə, təyyarə elə bir yerdə idi ki, ona bir neçə ayrı zonadan keçmək lazım idi. Bütün heyət hər gün səhərdən axşama qədər əsl təyyarədə işləyirdilər:

“Çəkilişlər payızda oldu və qısa müddətdə başa çatdırdıq. Filmdə cərəyan edən hadisələr komediya ilə yanaşı, dedektiv janrında da inkişaf edir. Bu, müəyyən dərəcədə birinci hissənin davamıdır. Tamaşaçılar ilk filmdəki qəhrəmanları görəcəklər. Yeni personajlar da olacaq. Hər iki hissəni bir-birinə bağlayan bir qəhrəman əvvəlki rolunda olacaq”.

“Planet Parni iz Baku" KVN Teatrının rəhbəri əlavə edib ki, ikinci hissədə taksi sürücüsü Ağanatiqin həyat yoldaşı rolunu Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva canlandırıb:

“İkinci filmdə Tünzalə Ağayevanın canlandırdığı qəhrəman yenə hamilədir. O bu filmdə Eldar Ryazanovun "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filminin personajlarından biri olan Rozario Aqronun həyat yoldaşını xatırladır: həmişə maraqlı vəziyyətdə olur (gülür). Bundan başqa, Tünzalə filmin saundtrektini də səsləndirib”.

"Ağanatiq-2" filminin böyük təqdimatı fevralın 23-də Heydər Əliyev Sarayında keçiriləcək.

İkinci hissənin ssenarisi üzərində də eyni komanda işləyib: Tahir İmanov, Ələkbər Əliyev, Məmmədəli Kazımov və Mütəllim Həsənov. Quruluşcu rejissor Şuşa, prodüserlər Tahir və Cabir İmanovlardır.

Züleyxa İsmayılova

BakuCity.az

"Ağanatiq" komediya Tahir İmanov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər