Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər imtahan verdilər - FOTO

Test imtahanından uğurla keçənlər müsahibəyə cəlb olunacaqlar

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunub.

Qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib.

Nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar. Bu mərhələdən də uğurla keçən  III sinfin I yarımilində oxuyan şagird IV sinfin II yarımilində, VIII sinfin I yarımilində oxuyan şagird IX sinfin II yarımilində, X sinfin I yarımilində oxuyan şagird isə XI sinfin II yarımilində təhsilini davam etdirə biləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

BakuCity.az

imtahan istedadlı şagirdlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycan ildə 22 min ton fındıq ləpəsi ixrac edir Azərbaycan yaxın 3-4 il ərzində fındıq ixracını 36 faizdən çox artırmağı planlaşdırır. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. O bildirib ki, Azərbaycan hazırda ildə 22 min ton fındıq ləpəsi ixrac edir: "Yaxın 3-4 ildə 30 min tonu keçəcəyik. Bu da ildə orta hesabla 160-200 milyon dollar edir". İ.Orucov vurğulayıb ki, f...
Cəmiyyət
Məcburi köçkün Elşən Xəlilovun yaşayış sahəsinə ziyan dəyib Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakının iki rayonunda məcburi köçkünlərin məskunlaşdığı tikilidə və yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb. Dövlət Komitəsinin Mətbuat xidmətindən BakuCity.az-a bildirilib ki, fevralın 18-də Xəzər rayonunun Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə və Neft-En...
Hakimiyyət
"Havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə" Parkinq məsələsində də hər şeyə ədalətli yanaşmalıyıq. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib. Dövlətimizin başçısı qeyd edib: "Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları k...
Hakimiyyət
Bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib Yaxın üç ildə Bakıda bütün avtobuslar yenilənəcək. BakuCity.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. O bildirib ki, keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb: "Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyy...
Hadisələr
Hətta piyadaların sürücüləri çaşdırması nəticəsində yol-nəqliyyat hadisələri baş verir Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin təhlilini davam etdirir. BakuCity.az xəbər verir ki, bu dəfə piyadaların avtomobillərlə daha çox vurulduğu Heydər Əlieyev prospekti, 118 b və 132 ünvanlarında müşahidə aparılıb. Söhbət hazırda yeni tikilən piyada keçidinin yaxınlığından gedir. Yeri gəlmi...
Siyasət
"Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır" Kimsə işçiləri 8 saatdan artıq işlədirsə, cəzasını alacaq. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir: "Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir...
Cəmiyyət
Hövsan Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Hövsan Yaşayış Kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Mənzil İnşaatı Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Yasamal Yaşayış Kompleksində olduğu kimi, Hövsan Yaşayış Kompleksinin mənzilləri də ənənəvi olaraq 2 cür təmir edilib. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyf...
Cəmiyyət
İşlər yaxın günlərdə yekunlaşacaq Azərbaycandakı mayaklardan ən hündürü Gürgən qəsəbəsi ərazisində yerləşən Abşeron mayakıdır. 1859-cu ildə Pirallahı adası ilə üzbəüz yüksəklikdə, sərt qayalar üzərində tikilən dəniz mayakı hazırda təmir olunur. BakuCity.az Azvision.az-a istinadən məlumat verir ki, təmir işləri mayakın daxilində və fasadında aparılır. Yaxın günlər ərzində işlərin yekunlaşacağı bildirilir. Qeyd edək ki, 25 metr hündürlüyündə orijinal konstru...
Cəmiyyət
Onlarla sahibkara ziyan dəyib Bu gün Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğında onlarla sahibkara ziyan dəyib. BakuCity.az “Report”a istinadən yanğın ərazisindən videomaterialı təqdim edir. Həmçinin oxu: “Sədərək”də yanğın vaxtı bunu da etdilər - İDDİA Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə X...