Zəhərlənərək ölüb
Bakıda naməlum kişi meyiti tapılıb.
BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.
Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib.
Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub.
Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
BakuCity.az