Bütün əşyalar külə dönüb
Son günlər sosial şəbəkələrdə yayılan bu görüntüləri kövrəlmədən izləmək yəqin ki, mümkün deyil.
BakuCity.az xəbər verir ki, Baku TV əməkdaşları vəziyyətlə maraqlanmaq üçün Abşeron rayonu Məmmədli kəndində yaşayan bu ailənin yanına yollanıb.
Hadisə dekabrın 29-dan 30-na keçən gecə elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib. Nəticədə 3 otaqlı ev bütün əşyaları ilə birlikdə külə dönüb.
Yanğın zamanı evdə yalnız ailə başçısı Rövşən Əliyev olub. Hazırda dörd nəfərlik ailə müvəqqəti məskunlaşmaq üçün onlara verilən evdə yaşayır.
“Yardımsevər bir insan müvəqqəti sığınmaq üçün ev verib. Hazırda orada qalırıq. Neyləyə bilərik ki?!” - deyə ev sahibi bildirib.
Məmmədli kənd icra nümayəndəsi Şiraslan Həsənovun sözlərinə görə, həmin ailə onların da diqqətindədir. Evdə təmir işləri başlayacağı təqdirdə onlara müəyyən köməklik göstəriləcək.