"Sovetski"də söküntü işləri dayandırıldı

"Sovetski"də söküntü işləri dayandırıldı

Söküntü etirazlara səbəb olmuşdu

“Sovetski” ərazisində söküntü işləri dayandırılıb.

BakuCity.az Report-a istinadən xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib.

Bildirilib ki, sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə görüşə dəvət edilib.

Qeyd edək ki, bu gün “Sovetski” ərazisində 24 ailənin yaşadığı evlərin söküntü işlərinə başlanılmışdı. Sakinlər arasında söküntüyə etiraz edənlər olub.

BakuCity.az

Sovetski söküntü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər