Bu ərazilərdə radara düşmüsünüzsə, ləğv olunmalıdır - Sürücülərin NƏZƏRİNƏ

Nişanlar yoxdursa, həmin yerdə sürət həddinin aşılması ilə bağlı cərimə yazıla bilməz

Avtomobil idarə edərkən sürücülər tez-tez stasionar və ya mobil radarlarla rastlaşırlar. Bəzən iki radar arasındakı məsafələrin uzun, bəzən də olduqca qısa olmasının şahidi oluruq.

Sürücülərin diqqət etdiyi məsələlərdən biri də DYP avtomobillərində yerləşdirilən radarlardır.

Bəs radarlar istənilən ərazidə yerləşdirilə bilərmi, patrul avtomobillərinin istədikləri yerdə sürət həddini aşan sürücüləri cərimələk hüququ varmı?

BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı Yeniavaz.com-un əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə əlaqə saxlayıb.

İdarənin rəsmisi, polkovnik Mübariz Ağayev açıqlamasında bildirib ki, avtomobillərin sürət həddinə nəzarət edilməsi üçün yollarda quraşdırılan mobil və ya stasionar radarlar “Yol hərəkəti qaqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 7-ci bəndinə əsasən nizamlanır. Həmin qanun belədir:

“Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır.

Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır”.

M.Ağayev bildirib ki, bu qanuna əsasən, yollarda radarların mövcudluğu barədə müvafiq nişanlar, ya da həmin yerdə maksimum sürətin məhdudlaşdırılması lövhəsi yerləşdirilməlidir:

“Radarların hansı ərazidə yerləşdirilməsi isə bir neçə qurumun birgə rəyi əsasında razılaşdırılır. Radar yerləşdirilərkən ərazidə baş vermiş qəzalar, hüquq pozuntuları, yolda hərəkət şəraitinin xüsusiyyətləri, piyadaların hərəkətinin intensivliyi və sair nəzərə alınır. Radarlar arasında məsafənin nə qədər olması barədə isə konkret rəqəmlər yoxdur”.

Mövzu ilə bağlı sürücülər arasında mübahisəli məsələlərdən biri də lövhələrin olmadığı yerlərdə mobil və ya stasionar texniki vasitələrdən istifadə edilib-edilməməsidir. BDYPİ rəsmisi bildirib ki, müəyyən edilmiş nişanlar yoxdursa, həmin yerdə sürət həddinin aşılması ilə bağlı cərimə yazıla bilməz:

“Əgər avtomobilin radara düşdüyü ərazidə müəyyən edilmiş məsafədə lazımi nişan lövhələri quraşdırılmayıbsa, sürət həddi ilə bağlı yazılmış protokola xitam verilir. Yox, əgər bütün nişanlar varsa, mobil və ya stasionar texniki vasitələrdən istifadə edilməsi tam qanunidir və cərimə ödənilməlidir”.

BakuCity.az

radar sürət həddi protokol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hakimiyyət
Nazirliyin postuna fərqli namizədlərin adları çəkilir. Bir müddətdir ki, mədəniyyət naziri postuna fərqli namizədlərin adları hallanır. Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra bu yüksək vəzifəyə kimin gətiriləcəyi ictimaiyyətin marağındadır. BakuCity.az xəbər verir ki, bu vəzifəyə Fərəh Əliyevanın təyinatı gözlənilir. Həmçinin oxu: Əbülfəs Qarayev işdən çıxarıldı - SƏRƏNCAM Bununla bağlı rəsmi sərəncam veriləcəyi bildirilir. Qeyd edək ki, Fə...
Ekologiya
İyunun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 25-27, Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa...
Cəmiyyət
Yol polisi əhaliyə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib. BakuCity.az xəbər verir ki, müraciətdə deyilir: “Ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş sosial məsafəni gözləmək şərtilə tənəffüs...
Kriminal
Prokurorluqda daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.  Verilən məlumata görə, “Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər araşdırılıb. Aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Ya...
Cəmiyyət
Buraxılış imtahanlarının vaxtı açıqlanıb. IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. BakuCity.az xəbər verir ki, qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.  DİM-dən  verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq...
Cəmiyyət
"Koronavirusa yoluxma artır, çünki kütləvi yerlərdə insanlar maska taxmırlar”. BakuCity.az xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Talıblı deyib. V.Talıblı bildirib ki, metroya maskasız girmək qadağan olunsa da, insanlar qatara mindikdən sonra maskanı aşağı salırlar: "Səhiyyə təşkilatları, mütəxəssislər hər gün deyir ki, bu virusdan qorunmaq üçün peyvənd yoxdur. Əlimizdən gələn ancaq təmizliyə diqqət etmək, əlləri sabunla yumaq, maska taxmaqdır. Əsl...
Biznes
Avtomobil bazarında ikinci əl maşınların qiymətləri.  BakuCity.az maşın bazarında bu günə olan qiymətləri təqdim edir. Toyota Prado, 2.7 L, 2013 il, 130 000 km - 26 900 $ GAZ 31105, 2.3 L, 2007 il, 67 000 km - 11 500 AZN Hyundai Santa Fe, 2.0 L, 2013 il, 76 000 km - 19 000 $ LADA (VAZ) 2107, 1.6 L, 2011 il, 59 443 km - 6 500 AZN Mercedes C 220, 2.2 L, 1998 il, 368 700 km - 12 800 AZN SEAT Exeo, 2.0 L, 2011 il, 195 115 km - 12 300 AZN LADA (VAZ) 2106, 1.6 L...
Cəmiyyət
Bakıda Jurnalistin ailəsində koronavirus aşkarlanıb. Mətbuatda Jurnalistlər binasında COVİD-19 infeksiyasına yoluxma faktı ilə bağlı informasiyalar dərc edilib.  BakuCity.az xəbər verir ki, koronavirus şübhəsi ilə karantinə alınan şəxs Xalq.az və Bakutime.az portallarının rəhbəri Zaur Mirzəzadənin həyat yoldaşıdır. Z.Mirzəzadə ailəsilə birlikdə Jurnalistlər binasında kirayədə yaşayır. Qeyd edək ki, Z.Mirzəzadənin özünün və 3 övladından test nətic...
Cəmiyyət
Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması barədə məlumat yayılıb. BakuCity.az xəbər verir ki, AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Qafqazinfo-ya açıqlamasında həmin operator karantinə alındığını deyib: "Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələlik araşdırma aparılır. Operator karantinə alınıb və yoxlamadan keçirilir...