Bakıda həkim əməliyyat etdiyi qadını döydü: “Əsəblərimi cilovlaya bilmədim” - FOTO

"Pulunuzu qaytarıb, üzr istəyə bilərəm"

Bakıdakı göz klinikalarından birində ötən gün gözündə kataraktaya görə əməliyyata girən qadının başına ağlasığmaz hadisə gəlib. Belə ki, yaşlı qadın əməliyyatdan ağlaya-ağlaya, üzündə göyərmə və hematoma ilə çıxıb.

BakuCity.az xəbər verir ki, bu barədə Medicina.az-a xəstənin qızı bildirib.

O, anasının iki dəfə insult keçirdiyini, nitqində bir qədər qüsur olduğunu deyib:

"Gözündə katarakta əməliyyatı ilə bağlı xəstəxanada Emil Hüseynov adlı həkimlə danışmışdıq. İlk söhbətdə həkim yaxşı təəssürat bağışladı. Həkim xəstənin insultdan sonra bir qədər narahat olduğunu bilirdi. Əməliyyat günü bizə saat 08:00-da gəlməyimizi dedilər. Anamı içəri aldılar, amma xəstə yaxınlarını buraxmadılar. Biz, digər xəstə yaxınları da 1 saat soyuq, yağışlı havada küçədə dayanmalı olduq. Anam əməliyyatdan çıxanda şoka düşdük. O, göz yaşları içində, üzü göyərmiş, şişmiş halda idi. Elə bildik, əməliyyatda belə olur. Bir anlıq duruxduq. Amma sonra düşündük ki, gözdə zərgər dəqiqliyi ilə aparılan əməliyyatda anamın üzü niyə göyərsin? Anam ağlamaqdan boğula-boğula anlatdı ki, onu həkim Emil Hüseynov içəridə söyüşlə təhqir edərək, yanağından vurub.

Baş həkimin qəbuluna gedib məsələni danışdıqda, “belə şey ola bilməz” deyib, heç həkimi çağırmadılar”.

Elə xəstəxanadaca 102 xidmətinə şikayət edib, məsələni rəsmiləşdirən xanıma bir neçə dəqiqə sonra E.Hüseynov özü zəng edərək, şikayəti geri götürmək üçün xahiş etməyə başlayıb:

“Həkim dedi ki, bəzi səbəblərdən əsəblərini cilovlaya bilməyib və xəstəni yüngülcə vurub: “Hər kəsdə belə hal ola bilər. Pulunuzu qaytarıb, üzr istəyə bilərəm”. Mənsə bu təklifdən imtina edib, şikayətimdə qaldım. İndi hüquq-mühafizə orqanlarından müdaxilə gözləyirəm, anamı ekspertdən də keçirəcəyəm”.

BakuCity.az

həkim xəstə əməliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Böhran olacaq. “Microsoft”un banisi Bill Qeyts nəticələri koronavirus pandemiyasının ziyanını üstələyəcək ekoloji böhrandan xəbər verib. BakuCity.az xəbər verir ki, Bill Qeyts ən yaxın bir neçə onillikdə planetin iqlim dəyişikliyinin səbəb olacağı qlobal böhranla qarşılaşacağını proqnozlaşdırır. “Microsoft”un banisi koronavirus pandemiyası ilə ekoloji böhranın nəticələrini müqayisə edib. İnfeksiyadan ölüm sayı orta hesabla hər 100 000 əhaliyə 14 nəfər təşk...
Cəmiyyət
Nazirlər Kabinetinin bir sıra yeni gömrük qaydaları. Azərbaycanda şəxsi istifadə üçün malların rüsumsuz idxalı ilə bağlı yeni qaydalar sentyabrın 21-dən qüvvəyə minəcək. BakuCity.az xəbər verir ki, bu qərarı Baş nazir Əli Əsədov imzalayıb. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, indi sərhəddən bir vətəndaş özü ilə rüsum ödəmədən cəmi 800 ABŞ dolları dəyərində mal keçirə bilər. Bu limit indiyə qədər 1500 dollar olub. Eyni qərar onlayn sifarişlərə də...
Cəmiyyət
Gəncədə 46 saylı orta məktəb bağlanıb. BakuCity.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq əmri ilə məktəbin fəaliyyətinə xitam verilib. Beləliklə, 46 saylı orta məktəbin müəllimlərinin və 154 şagirdinin bir qismi bu ərazidə inşa olunan 1170 yerlik 28 nömrəli məktəbə köçürülüb. Ərazidə sosial evlərin tikiləcəyi də nəzərdə tutulub. Müəllimlərin qalan hissəsi Gəncədəki digər orta məktəblərdə işlə təmin olunub. (konkret.az) BakuCity.az
Hadisələr
Bakının Nizami küçəsi ev 91 (“Torgovaya”) ünvanındakı yaşayış binasında uçqun baş verib. BakuCity.az xəbər verir ki, bu barədə modern.az-a sakinlər məlumat veriblər. Məlumata görə, 10 mərtəbəli binada damın bir hissəsi çöküb və dağıntı qalıqları mənzillərdən birinin içinə tökülüb. “Hadisə nəticəsində binanın damında böyük bir deşik əmələ gəlib, ciddi təhlükə yaranıb. Mərtəbəarası döşəmə və örtüklər taxtadandir. İndiki vəziyyətdə Allahın ümidinə qalmışıq. Q...
Cəmiyyət
Peyvəndlə bağlı sınaqlar üçüncü mərhələsindədir. Hazırda dünyada COVİD-19 infeksiyası ilə əlaqədar 8 peyvəndlə bağlı sınaqlar klinik yoxlamaların sonuncu, üçüncü mərhələsindədir və insanlar üzərində testdən keçirilir. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST bir peyvəndlə bağlı isə üçüncü mərhələdə sınaqların aparılmasına icazə verib. ÜST üçüncü mərhələ sınağı aparılan peyvəndlərdən 5-nin təcili istifadəsin...
Cəmiyyət
Azərbaycanda toyların formatı dəyişməlidir? "Azərbaycanda toyların formatı dəyişməlidir. Artıq həmişəlik bu qaydalar qəbul olunmalıdır. Əvvəlki dövrlərdə olduğu kimi 300-400, hətta 1000 nəfərlik toy mərasimlərinin keçirilməsi düzgün deyil". BakuCity.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev danışıb. Deputat bildirib ki, eyni zamanda ölkədə toyların formatı da nisbətən sadə bir tərtibə keçməlidir: "Sad...
Hadisələr
Bakının Səbail rayonunda iki avtomobil toqquşub. BakuCity.az xəbər verir ki, hadisə Bakı-Salyan şossesinin üçüncü kilometrliyində qeydə alınıb. “Kia” markalı avtomobil hərəkətdə olan zaman “Lada Priora” markalı nəqliyyat vasitəsi qəfil onun qarşısına çıxıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri müxtəlif bədən xəsarətləri alıb. (APA TV) BakuCity.az
Cəmiyyət
Karantin qaydalarına riayət etməyən sərnişinlər var. "Bakı metrosundan istifadə edən sərnişinlərin karantin qaydalarına əməl etmələri xahiş olunur. Əks təqdirdə bu, metronun fəaliyyətinin yenidən bağlanmasına şərait yarada bilər". BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. B.Məmmədov deyib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlə...
Siyasət
Donald Tramp Amerikanın ən güclü silaha sahib olduğunu deyib. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bir daha ölkəsinin həm Rusiya, həm də Çinin həsəd aparacağı ən güclü silaha sahib olduğunu deyib. BakuCity.az xəbər verir ki, Ağ Evin rəhbəri seçkiqabağı mitinqdə çıxışı zamanı bu silahın bəşər tarixində ən böyük silah olduğunu bildirib. Trampın dediyinə görə, ordunu canlandırmağa və heç kimin ağlına belə gətirməyəcək səviyyəyə qaldırmağa müvəff...