Bakı metrosunda qatarlar səssiz hərəkət edəcək

Bakı metrosunda qatarlar səssiz hərəkət edəcək

Yeni sistem B3 ilə "Memar Əcəmi" stansiyaları arasındakı hissədə tətbiq olunub

Bakı Metropolitenində qatarların səssiz hərəkəti təmin ediləcək.

BakuCity.az-ın məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təmsil etdiyi qurum tərəfindən qatarların hərəkət etdiyi yollarda dəmir-beton bloklarının quraşdırılması ilə qatarların daha səssiz hərəkət edəcəyini bildirib.

Onun sözlərinə görə, dəmir-beton bloklarının xüsusi üstünlüyü ondan ibarətdir ki, burada relslə beton blok arasındakı təbəqələrdə müxtəlif materiallardan istifadə edilir, bu da səs-küyün azalmasına səbəb olur:

"İlk dəfə olaraq dəmir-beton bloklardan ibarət yeni sistem B3 stansiyası ilə "Memar Əcəmi" stansiyaları arasındakı hissədə tətbiq olunub. Eyni zamanda, "Avtovağzal" stansiyasından "Xocahəsən" deposu istiqamətindəki tunellərdə də həmin sistemlərdən istifadə olunacaq".

BakuCity.az

Bakı metro qatarlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər