Bakıda qayınana kürəkənini döyüb xəstəxanalıq etdi

Bakıda qayınana kürəkənini döyüb xəstəxanalıq etdi

Sınıq xəsarətləri alıb

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Rüstəmov küçəsində qeydə alınıb.

55 yaşlı Əliyev Zülfü Vüqar oğlu qayınanası ilə mübahisə zamanı küt alətlə döyülüb.

O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin müayinə zamanı Z.Əliyevin qarnından küt travma və qabırğasından sınıq xəsarətləri aldığı müəyyən edilib.

BakuCity.az

Bakı döyülmə xəstəxana
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər