Sürücünün içkili olduğu ehtimal edilir
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Şəhər istiqamətində hərəkətdə olan 90-MD-770 dövlət nömrəli “Toyota” markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla, beş nəqliyyat vasitəsi yararsız hala düşüb.
Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, “Toyota”nın sürücüsünün içkili olduğu ehtimal edilir.
Araşdırma aparılır.