İrandan dəvələrlə dünya səyahətinə çıxan turist Gəncəyə çatdı - FOTO

İrandan dəvələrlə dünya səyahətinə çıxan turist Gəncəyə çatdı - FOTO

Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək

9 ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb.

BakuCity.az APA-ya istinasən məlumat verir ki, dəvələrlə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir. O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turist ötən gün Gəncə şəhərində olub.

M.Ə.Rudan Gəncənin tarixi haqqında çox eşitdiyini, lakin bu şəhəri heç vaxt görmədiyini deyib:

“Mən artıq haqqında çox eşitdiyin Gəncə şəhərindəyəm. Burada dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək və şəhərin bir çox yerlərini gəzəcəyəm”.

O qeyd edib ki, Azərbaycana qədəm qoyduğu gündən əhali onu səmimiyyətlə, qonaqpərvərliklə qarşılayıb:

“Çox gözəl ölkəniz var, insanlarınız çox mehriban, gülərüz, qonaqpərvərdirlər”.

Qeyd edək ki, iranlı turist Azərbaycandan Avropaya getmək niyyətindədir. Avropa səyahətindən sonra isə o, Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də gəzəcəyini deyir.

İrandan dəvələrlə dünya səyahətinə çıxan turist Gəncəyə çatdı - FOTO, fotoşəkil-1 İrandan dəvələrlə dünya səyahətinə çıxan turist Gəncəyə çatdı - FOTO, fotoşəkil-2 İrandan dəvələrlə dünya səyahətinə çıxan turist Gəncəyə çatdı - FOTO, fotoşəkil-3 İrandan dəvələrlə dünya səyahətinə çıxan turist Gəncəyə çatdı - FOTO, fotoşəkil-4

BakuCity.az

İran turist Gəncə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər