Bakıda gənc qadın dəm qazından boğuldu

Bakıda gənc qadın dəm qazından boğuldu

Prokurorluqda araşdırma aparılır

Bakıda ölüm hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb.

Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub. 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

BakuCity.az

Bakı qadın dəm qazı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər