Bakı-Quba yolunda 3 təcili yardım maşını qəzaya uğradı: 7 yaralı - FOTO

Bakı-Quba yolunda 3 təcili yardım maşını qəzaya uğradı: 7 yaralı - FOTO

5 avtomobil toqquşub

Bakı-Quba yolunda zəncirvari qəza baş verib.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti təcili tibbi yardım avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. Ümumilikdə 5 avtomobilin toqquşduğu qəzada 7 nəfər xəsarət alıb.

Yaralılar - 1974-cü il təvəllüdlü Qaflanov Kazım Arif oğlu (həkim), 1969-cu il təvəllüdlü Ələkbərova Fəridə Nuru qızı (tibb bacısı), 1993-cü il təvəllüdlü Məzərli Vüsal Ağarza oğlu (sərnişin), 1987-ci il təvəllüdlü Tağıyeva Nuranə İnqilab qızı (tibb bacısı), 1986-cı il təvəllüdlü Seyfullayeva Leyla Qəməd qızı (tibb bacısı), 1973-cü il təvəllüdlü Aslanov Vüqar Fərman oğlu (təcili tibbi yardım avtomobilinin sürücüsü) və 1959-cu il təvəllüdlü Vəliyev Nazim Araz oğludur (həkim). 

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

təcili yardım maşını yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər