Kirayə evlər satışa çıxarılır – QİYMƏTLƏR + ÜNVANLAR

Aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7 122 manat təşkil edəcək

Ötən gündən etibarən kirayə üsulu ilə veriləcək evlərin siyahısı açıqlanıb. Bu mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

BakuCity.az Fed.az-a istinadən xəbər verir ki, mənzillərin qiyməti Bakının ərazisindən asılı olmayaraq eynidir və 1 850 manat ətrafında dəyişir.

Belə ki, Xətai rayonunun Gəncə prospektində sahəsi 96.7 kvadratmetr olan mənzilin satış qiyməti 178.1 min manatdır. Başqa sözlə, mənzilin bir kvadratmetrinin qiyməti 1 841 manata başa gələcək. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7 122 manat təşkil edəcək.

Elə həmin ərazidə sahəsi 86.4 kvadratmetr olan mənzilin qiyməti 159.1 min manatdır, yəni kvadratmetri 1 841 manat təşkil edir. Belə mənzili almaq üçün aylıq ödəniş 530 manat, ilkin ödəniş 6 364 manat təşkil edir.

102.6 kvadratmetrlik mənzilin qiyməti isə 188.9 min manatdır. Bu mənzili 300 aylığa almaq üçün aylıq ödəniş 630 manat, ilkin (yəni 12 aylıq) ödəniş 7 557 manatdır. Sahəsi 111.3 kvadratmetr olan mənzilin qiyməti isə 204 954 manat təşkil edir. Aylıq ödənişi 683 manat, ilkin ödəniş 8 198 manatdır. Xırdalan şəhərindəki mənzillərin qiyməti də bu həddədir. Belə ki, Xırdalanda sahəsi 68.3 kvadratmetr olan 1 otaqlı mənzilin qiyməti 127.3 min manatdır. Bu mənzilin kvadratmetri 1 863 manat təşkil edir.

Elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.

Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək. Elektron İmzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, ASAN İmzanı isə “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar  Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

MƏNZİLLƏRİN SİYAHISI

Yaşayış sahəsinin ünvanı

Giriş

Binada mərtəbə sayı

Yerləşdiyi mərtəbə

Otaqların sayı

Yaşayış sahəsinin sayı

Mənzilin sahəsi (kv.m)

Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi

13

16

2 - 16

1 - 3

55

58 - 110.3

13A

2 - 16

2 - 4

65

96.7 - 180.7

13B

2 - 16

2 - 4

40

83.6 - 156

15

2 - 16

1 - 3

48

65.4 - 124.3

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti

48

20

6 - 10

2

5

95.24

60

18 - 19

2

2

95.62

48A

12

4

1

151.98

50A

12 - 13

2

2

88.12

52A

2

2

1

98.82

56A

17

1

1

58.48

56B

2 - 19

2 - 4

12

95.77 - 152.2

56C

1

3

1

133.43

60A

1 - 19

1 - 2

11

62.2 - 95.62

60B

4

4

1

153.16

60C

10 - 13

4

3

152.2

  Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllə

15

16

3 - 16

1 - 3

58

55.3 - 111.5

Sumqayıt şəhəri, Sülh küçəsi

20

7

2 - 7

2 - 3

21

41.4 - 100.9

20A

4 - 7

2

4

41.4

BakuCity.az

Kirayə mənzil satış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
7 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 764 mm c...
Ekologiya
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Dezinfeksiya işləri səhər saatlarından başlayacaq.  BakuCity.az
Kriminal
Bakıda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.  Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
İdman
"Həftəsonu qadağaların olması çempionata təsir edəcək" "Məşqlərin bərpa olunması bizi sevindirir. Hamı ilk futbola başladığı gün kimi sevinclə çalışır. Komanda üzvləri çox həvəslidir".  BakuCity.az xəbər verir ki, bunları "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib.  27 yaşlı hücumçu məşqlərdə tələb olunan bütün qaydalara əməl ediklərini bildirib. A.Ramazanov Bakıda həftəsonu tətbiq olunan qadağaya da münasibət bildirib: "Bu, bizim...
Cəmiyyət
Şənbə və bazar günləri evdən çıxmaq istəyənlər 102 xidmətinə zəng edə bilərlər.  Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib. BakuCity.az xəbər verir ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyə...
Biznes
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək. Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək. BakuCity.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi nyayıb. Məlumata görə, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq. Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.  Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı...
Hadisələr
Bakıda yük avtomobili yanıb. Hadisə dünən axşam saatlarında, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az
Cəmiyyət
Azərbaycanda market işçisində koronavirus aşkarlanıb, 45 nəfər karantinə alınıb. Sumqayıtda fəaliyyət göstərən marketlərdən birinin bir işçisi koronavirusa yoluxub. Bu səbəbdən onunla ünsiyyətdə olduğu ehtimal edilən marketin 45 əməkdaşı da evdə karantinə alınıblar. Bundan başqa, marketdə müqavilə əsasında mühafizə xidməti həyata keçirən şirkətlərdən birinin 2 əməkdaşının da koronavirus testinin nəticələri pozitiv çıxıb. BakuCity.az xəbər verir ki, marketd...
Cəmiyyət
Vətəndaşlar şənbə və bazar günlərində şəxsi bağ evlərinə gedə bilərlər? Xəbər verdiyimiz kimi iyunun 6-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi? Həmçinin oxu: İki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ BakuCity.az xəbər verir ki...