Bakıda temperatur 1 dərəcəyə düşəcək

Bakıda temperatur 1 dərəcəyə düşəcək

Şimal küləyi əsəcək

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan BakuCity.az-a verilən məlumata görə, yanvarın 21-də paytaxtda dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

BakuCity.az

Bakı hava proqnozu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər