Bakıda tanınmış fotoqrafın anasını yük maşını vuraraq öldürüb

Bakıda tanınmış fotoqrafın anasını yük maşını vuraraq öldürüb

Xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib

Bakının Suraxanı rayonunda qadını yük avtomobili vuraraq öldürüb.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

1955-ci il təvəllüdlü Məcnunova Peykar Qubad qızı yolu keçərkən onu “QAZel” markalı yük avtomobili vurub.

Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs tanınmış fotoqraf Səfiyar Məcnunun anasıdır.

BakuCity.az

Bakı yük maşını ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər