Qaz sayğacları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - VİDEO

Qaz sayğacları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - VİDEO

93 qaz sayğacı oğurlanıb

Bakıda qaz sayğaclarını oğurlayıb vətəndaşlara satırlar.

BakuCity.az Xəzər TV-yə istinadən xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi vətəndaşlara diqqətli olmağı və bu cür işbazlara aldanmamağı tövsiyə edir.

İstehsalat Birliyin mətbuat katibi Ceyhun Səfərov bildirib ki, bəzi işbazlar smart tipli sayğacları oğurlayaraq əhalinin az yaşadığı, qazlaşdırılmayan ərazilərdə satırlar:

“Həmin şəxslər smart tipli sayğac quraşdırdıqları vətəndaşlara kart vermədikləri üçün hər ay gəlib razılaşdıqları məbləği alırlar və insanları hər dəfə bir bəhanə ilə aldadırlar ki, yaxın vaxtlarda kartınızı verəcəyik”.

Qeyd edək ki, bu əməli törədənlər oğurlayanlar cinayət məsuliyyətinə cəlb ediliblər. Qala, Şüvəlan, Türkan qəsəbələrində yerləşən evlərdən 93 qaz sayğacını oğurlayaraq satmaqda təqsirli bilinən Bakı sakinləri üç il müddətinə azadlıqdan məhrum olublar.

BakuCity.az

qaz sayğacı oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər