Bakıda II Qəhvə və Çay Festivalında hansı yeniliklər gözlənilir? - AÇIQLAMA

“Baku Coffee & Tea Festival 2020” əsl Çay və Qəhvə bayramı olacaq

24-26 yanvar tarixində bu ilin çoxdan gözlənilən ən böyük tədbiri - "Baku Coffee & Tea Festival Vol.2" keçiriləcək.

BakuCity.az xəbər verir ki, üç günlük festival Nigar Rəfibəyli küç., 12/14 ünvanında yerləşən "Passage 1901”-də Beynəlxalq Qəhvə Birliyinin (Specialty Coffee Association) dəstəyi ilə reallaşacaq.

Saytımıza açıqlamasında "SCA (Specialty Coffee Association) Azerbaijan"ın marketinq üzrə koordinatoru Aynur Tağıyeva festival barədə bəzi məqamlara toxunub:

“Keçən il birinci dəfə idi ki, böyük kütləni əhatə edən bir festival təşkil etmək qərarına gəldik. Festival çox böyük marağa səbəb oldu və üç gün boyunca qonaqların ardı-arası kəsilmədi. Baxmayaraq ki, Azərbaycan xalqı, əsasən, çaya üstünlük verən xalqdır, festivalda qəhvəyə maraq da böyük idi. Keçənilki festivalın uğuru biz təşkilatçılara (SCA Azerbaijan) stimul verdi ki, ikinci Baku Cofffe&Tea Festival”ı təşkil edək".

Ötənilki festivalla builki festivalın fərqinə gəlincə, A.Tağıyeva qeyd edib ki, keçən il festival çərçivəsində bir çempionat təşkil edildi, bu dəfə isə iki çempionat keçiriləcək:

“Keçənilki çempionatın qalibi Məryəm xanım Bostonda keçirilən dünya çempionatında ölkəmizi təmsil etdi. Azərbaycan barista birinci dəfə idi ki, dünya arenasına çıxırdı. Builki festivalda isə iki çempionat keçiriləcək - Milli Barista Çempionatı və Milli Latte-art çempionatı. Qaliblər Azərbaycanı bu ilin yay aylarında Polşanın Varşava və Avstraliyanın Melburn şəhərlərində keçiriləcək dünya çempionatlarında təmsil edəcəklər. Builki festivalda keçənilki festivalda iştirak edən qəhvə və çay şirkətlərinə daha yeniləri əlavə edildi və inanıram ki, indiki festival da ötənilki festival kimi uğurlu olacaq. Bu dəfə qonaqların sayının 10 000-i aşacağını proqnozlaşdırırıq. Bütün qəhvə və çay sevərləri festivala dəvət edirəm”.

Festivalın əsas məqsədi çay və qəhvə sənayəsinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlərin yaradılması, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi, festival çərçivəsində və Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə (Specialty Coffee Association) barista arasında iki milli çempionat keçiriləcək.

Çempionatların qalibləri ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq kollegiya tərəfindən seçilərək Azərbaycanı 2020-ci ilin dünya çempionatlarında təmsil edəcəklər.

Festivalın çoxsaylı qonaqlarını qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin sərgisi - aksesuarlar və avadanlıqlar, barista arasında milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və master-klasslar, ödənişsiz kofe bar, istirahət zonası (lounge zona), uşaq əyləncə məkanı, “Barista Party” (yalnız dəvətnamə ilə) gözləyir.

Tədbir 24, 25, 26 yanvar tarixlərində saat11:00-dan 19:00-a kimi davam edəcək. Giriş sərbəstdir.

Qeyd edək ki, festivalın informasiya tərəfdaşı BakuCity.az saytıdır.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı qəhvə və çay festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Düşmənin itkiləri ilə bağlı daha bir görüntü yayılıb.  BakuCity.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda çox sayda erməni əsgərlərinin meyitinin yük maşınları ilə daşındığı əks olunub.  Hərbçilər meyitləri döyüş bölgəsindən çıxararaq arxa cəbhəyə göndərir.  Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atə...
Siyasət
Ermənistanın kameralarına hücum edilərək himnimiz və erməni dilində xüsusi mətn səsləndirilib. BakuCity.az xəbər verir ki, hadisə Yerevanda yerləşən "Tea & Coffee Planet" dükanında baş verib. Azərbaycanlı hakerlərin sayəsində sözügedən mağazanın kamerası sındırılaraq, orada erməni dilində məlumatlar səsləndirilib. Həmin məlumatlarda cəbhədən ən son və doğru xəbərlər, Qarabağdakı Ermənistan hərbçiləri arasında çoxsaylı itkilər barədə dürüst xəbərlər səslənd...
Siyasət
"Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır”. BakuCity.az xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. Prezident bildirib ki, bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur.  Həmçinin oxu: Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı "7 şərt qoyub bizə qarşı. Biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var: Qeyd-şərtsiz və dərhal bizim torpaqlarımızdan çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir. Bu şərtimə Erməni...
Siyasət
Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq edib. BakuCity.az xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.  BakuCity.az
Cəmiyyət
Ermənilərin dinc əhaliyə qarşı terror əməllərini davam edir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizdə dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. BakuCity.az xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nə...
Cəmiyyət
Kocaeli şəhərində avtobuslarda Azərbaycana dəstək şüarı yerləşdirilib. “Dost və qardaş dəstəyini ifadə etmək üçün Türkiyənin Kocaeli şəhərində avtobusların elektron tablolarında Azərbaycan və Türkiyə bayraqları eləcə də “Tək millət iki dövlət” şüarı əks olunub”. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. “Birlik və bərabərlik nümayiş etdirdiklərinə görə Kocaelidən olan əziz həmkarlarımıza sonsuz təşəkkürlərimizi bildiriri...
Cəmiyyət
Şərti açıqlanəb. 2020-ci il sentyabrın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin verdiyi şikayətə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq olaraq qərar qəbul edib. Həmin qərarda Avropa Məhkəməsi Ermənistanı və Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə dəvət edir. Bu barədə BakuCity.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. "Beləli...
Siyasət
Rusiya Azərbaycanla Ermənistanı atəşkəsə çağırıb. BakuCity.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kreml bəyanat yayıb. BakuCity.az
Siyasət
Ordumuzun ələ keçirdiyi düşmən texnikalarının görüntüləri yayılıb. Ordumuzun Füzuli istiqamətində uğurlu əməliyyatı nəticəsində düşmənin əldə edilən texnikaları ilk dəfə görüntülənib. BakuCity.az xəbər verir ki, REAL TV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, onlar "UAZ” və "URAL” markalı yük və piyada daşımaq üçün istifadə edilən maşınlardır. Xatırladaq ki, bu gecə Azərbaycan Ordusu Füzuli istiqamətində növbəti uğurlu əks-hücum...