Bakıda ərəblərin növbəti macərası: "Qonaq" gələn qadınlar pulu oğurlayıb qaçdılar

Bakıda ərəblərin növbəti macərası: "Qonaq" gələn qadınlar pulu oğurlayıb qaçdılar

450 manat oğurlanıb

Bakıda Səudiyyə Ərəbistanı vətəndaşları qarət olunub.

BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, M.İbrahimov küçəsi, 5 ünvanında yerləşən "Prestij" hostelində Səudiyyə Ərəbistanı vətəndaşları olan turistlər - 1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin 1000 manatı və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin 450 manatı oğurlanıb.

Hər iki şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, pulları onlara qonaq gəlmiş Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Mehrəliyeva Kimyaxanım Qulu qızı və Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ağayeva Xəyalə Qalib qızı oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı ərəblər oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər