Daha bir marşrutda gediş haqqı kartla ödəniləcək

Daha bir marşrutda gediş haqqı kartla ödəniləcək

Digər marşrut xətləri də nağdsız ödəniş sisteminə keçəcək

Yanvarın 24-dən etibarən 4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir.

İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

BakuCity.az

Bakı avtobus gediş haqqı kart
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər