Bakıda Cem Yılmazın “Karakomik filmler 2” komediyasının nümayişinə başlandı - FOTO/VİDEO

Bakıda Cem Yılmazın “Karakomik filmler 2” komediyasının nümayişinə başlandı - FOTO/VİDEO

Film “CinemaPlus”da təqdim olunub

“CinemaPlus” kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən Cem Yılmazın “Karakomik filmler 2” komediyasının nümayişinə başlayıb.

BakuCity.az xəbər verir ki, bir bilet alan tamaşaçılar iki film izləyəcəklər.

Belə ki, ssenaristi və rejissoru Cem Yılmaz olan “Karakomik filmler” silsiləsinin davam filmi olan “Karakomik filmler 2” “Deli” və “Emanet” adında iki filmdən ibarətdir.

“Deli”, ən böyük xəyalı sevdiyi qızın qarşısında oturmaq olan bir taksi sürücüsünün gecə növbəsində başına gələn hadisələrdən bəhs edir. “Emanet” isə istedad müsabiqələrinə qatılıb bu yolla məşhur olmağın xəyalını quran bir rəqqasın hekayəsindən bəhs edir.

Baş rollarda Cem Yılmaz, Çağlar Çorumlu və Özge Özpirinçci.

BakuCity.az

Bakı CinemPlus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər