Satışa çıxarılan kirayə mənzillər kifayət qədər bahadır – Ekspert RƏYİ

Kirayədə yaşayanların böyük əksəriyyəti aztəminatlıdırlar

Yanvarın 19-da kirayə yolu ilə satışa çıxarılan mənzillərin siyahısı açıqlanıb. 

Bu mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metro stansiyaları ətrafında), 40-ı Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir. Mənzillərin qiyməti Bakının ərazisindən asılı olmayaraq eynidir və 1850 manat ətrafında dəyişir. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7122 manat təşkil edəcək. 

Satış şərtləri və qiymətlər bir çox sualların yaranmasına səbəb oldu. Bu şərtlərlə insanlar kirayə mənzillərin alışına niyə üstünlük verməlidirmi? Geniş seçim imkanını nəzərə alsaq, ipoteka ilə mənzil alışı kirayə yolu ilə mənzil əldə etməkdən daha sərfəli deyilmi? Ümumiyyətlə, bu iki növ mənzil alışını, eləcə də sosial mənzilləri müqayisə etdikdə, hansı daha əlverişlidir? Kirayə yolu ilə mənzil alışı şərtləri gözləntiləri doğrultdumu?

BakuCity.az-ın bu və digər suallarına əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev cavablandırıb.

Ekspertin fikrincə, İpoteka və Kredit Zəmanət Fondunun təqdim etdiyi kirayə qiymətləri heç də hər bir vətəndaş üçün əlçatan deyil: 

“İlkin və aylıq ödənişlər kifayət qədər bahadır. Üstəlik, tələb olunan sənədlər, demək olar, ipoteka krediti üçün tələb olunan sənədlərlə eynidir. Bu gün bəzi inşaat şirkətləri var ki, tikilmiş binalarda 20 illik ipoteka krediti ilə vətəndaşlara mənzillər satır. Onların ilkin ödənişi də, demək olar, dövlət ipoteka kreditləri ilə eynidir, amma həmin tikinti şirkətləri digər banklardan fərqli olaraq vətəndaşlardan xeyli sayda sənəd tələb etmir. Bu halda kirayə mənzillərin alışı heç kimə sərf etməyəcək”. 

Onun sözlərinə görə, bu gün Bakıdakı mənzillərin təxminən 25 faizində məskunlaşanlar kirayənişinlərdir. Buna görə də kirayə mənzillərin satışını digər istiqamətə kökləmək lazımdır:

“Bu gün reallıq ondan ibarətdir ki, kirayə verilən mənzillərin 80 faizi dövlətə vergi ödəmir. Bu isə hər ay dövlət büdcəsinin milyonlarla manat itirməsi deməkdir. Fikrimcə, dövlətin bu sahədən qazanması üçün yeni bir təklif planı hazırlamaq lazımdır.

Həmçinin oxu: Kirayə evlər satışa çıxarılır – QİYMƏTLƏR + ÜNVANLAR

Kirayədə yaşayan sakinlərin rəsmi iş yeri olmasa belə, onlar da bu mənzillərdən yararlanmalıdırlar. Deyək ki, (şərti olaraq) kirayədə qalan vətəndaş ev sahibi ilə notarial olaraq müqavilə baglamalı və hər ay ödənişlərini nağd deyil, bank vasitəsilə ödəməlidir. Kirayəlik mənzillə bağlı müqavilə notarial qaydada baglanılarsa, həmin mənzil sahibinin artıq kirayə vergisindən yayınması mümkünsüzdür. Burada isə kirayə vergisindən gələn gəlirlərdən dövlət büdcəsi yetəri qədər yararlana bilər. Kirayədə qalan vətəndaşlar üçün isə yeni fürsətlər yaradılmalıdır. Tutaq ki, bir vətəndaş bir və ya bir neçə il kirayədə yaşayırsa, hər ay ev pulunu bank vasitəsilə ödəyirsə və ödənişlərində gecikmələri yoxdursa, demək, həmin şəxsin rəsmi iş yeri olmadan belə, o, kirayə mənzillərin satışından, yaxud ipoteka ilə mənzil satışından yararlanaraq ev sahibi olmalıdır. Belə bir vəziyyət yaranarsa, həm dövlət büdcəsi, həm banklar, həm də vətəndaşlar ciddi şəkildə faydalana bilərlər”.

E.Fərzəliyev qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsi üçün əvvəlcədən tədbirlər görülməlidir:

“Ya vətəndaş ipotekada olduğu kimi, istədiyi evi özü seçib onu kirayəlik üçün satın almalıdır, ya da bu layihə icra olunmazdan əvvəl aydiyyəti təşkilat şəhərin müəyyən ərazilərində binalar tikib həmin binaların bu qaydada kirayəlik satışını həyata keçirməlidir.

Ola bilər ki, vətəndaş bu layihədən yararlanmaq istəyir, amma təklif olunan ərazilərdəki evlər həmin vətəndaşın istədiyi ərazi ilə uyğun gəlmir. Qiymətlər və şərtlər kirayədə qalan vətəndaşların ciblərinə uyğun tətbiq olunmalıdır. Təbii ki, kirayədə yaşayan insanların böyük əksəriyyəti maddi baxımdan aztəminatlıdırlar. Onların ilkin və aylıq ödənişləri elə bir qaydada olmalıdır ki, həmin evi əldə edənlərin kreditləri sonradan problemli kreditlərə çevrilməsin. Şərtlərdən biri də ondan ibarətdir ki, vətəndaşın ödənişlə bağlı gecikmələri uzunmüddətli olarsa, həmin ev vətəndaşın əlindən alına bilər”.

Ramilə Qardaşxanqızı

BakuCity.az

kirayə mənzillər satış ekspert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
SMS icazənin yenidən... Bir neçə gündür sosial şəbəkələrdə, cəmiyyətdə karantin rejiminin sərtləşdiriləcəyi, SMS icazənin yenidən tətbiq ediləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bəs, karantin rejiminin sərtləşdirilməsi indiki məqamda effektli olacaqmı? BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən tibb eksperti Adil Qeybulla karantin rejimin sərtləşdirilməsinin mənasız olduğunu deyib: “Karantin qaydalarını əvvəlki kimi sərtləşdirməyə, insa...
Cəmiyyət
Məktəblərdəki son vəziyyət açıqlanıb. Təhsil Nazirliyi ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb. BakuCity.az xəbər verir ki, sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub. Məlumata görə, 10 şagirddə koronavirus aşkarlanıb. Virusun aşkarlandığı işçi heyətin sayı isə 7 nəfərdir. Həmçinin oxu: Ekspert: Məktəblərin fəaliyyəti yenidən məhdudlaşdırılacaq Sentyabrın 22-də 7 nəfər işçi heyətdə də 37...
Cəmiyyət
Təmir-bərpa işlərinə başlanılır.  "Qaz İxrac" İdarəsi bu gün səhər saat 09:00-dan etibarən "Alatava” Qaz Paylayıcı Stansiyasından qidalanan "Mikrorayon” və "Tbilisi prospekti” ölçü qovşaqlarında təmir işlərinin aparılması ilə əlaqədar qaz təchizatını dayandırmağı planlaşdırır. Qaz xətti üzərində yerləşən diametri 250 mm-lik siyirtmədə əmələ gəlmiş qaz sızmaları aradan qaldırılacaq. BakuCity.az "Azəriqaz"a istinadən xəbər verir ki, təmir işləri görülən vaxt...
Cəmiyyət
Kimlər hərbi təlimlərdə iştirakdan boyun qaçıra bilərlər?  Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması barədə məlumat yayıb.  BakuCity.az xəbər verir ki, bundan sonra paytaxt və digər şəhərlərdəki gənclərə Səfərbərlik Xidmətindən zənglər gələrək rayon hərbi komissarlıqlarına yaxınlaşması istənilib...
Cəmiyyət
Metroda “maska insidenti”. 31 may 2020-ci il tarixdə “Bakı Metropoliteni”nin “Qara Qarayev” stansiyasında xidməti vəzifələrini icra edən “Bakı Metropoliteni”nin Polis Şöbəsinin əməkdaşlarına bir qrup şəxs tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 221.2.2 (ictimai qaydanın qorunması üzrə və...
Cəmiyyət
Qürurverici mənzərə yaranıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması qurumun yerli rayon idarələrinin qarşısında izdihama səbəb olub. BakuCity.az xəbər verir ki, insanlar cəbhəyə gedərək döyüşmək və torpaqlarımızın azad olunmasında iştirak etmək istədiklərini bildiriblər. Müxtəlif yaşda olan insanlar torpaqlarımızın işğaldan azad olunmas...
Cəmiyyət
"İki həftədən sonra yenidən tədris müəssisələrini fəaliyyəti məhdudlaşdırılacaq”. BakuCity.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. K.Əsədov bildirib ki, hazırda məktəblərdə monitorinqlər aparırıq və görünən vəziyyət ürəkaçan deyil: "Şagirdlər məktəbə daxil olan zaman onlar qorunurlar, amma hər şey məktəbin qarşısında baş verir. Apardığımız monitorinqlər...
Ekologiya
Bakıda sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu  olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.  Cənub-şərq küləyi əsəcək.   Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz 25-27 də...
Siyasət
Birgə təlimlər başlayıb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəhbərliyi altında 21-26 sentyabr tarixlərində Cənubi Hərbi Dairəsində, Qara və Xəzər dənizlərində “Qafqaz-2020” təlimi keçiriləcək. BakuCity.az Rusiya mediasına istinadən xəbər verir ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin və Milli Qvardiyanın əməkdaşları, habelə Ermənistan, Belarusiya, İran, Çin, Myanma və Pakistandan minədək hərbçi daxil olmaqla t...