Art-terapevt: Autizmli insanların sadəcə “salam” deməsi üçün bəzən çox vaxt sərf edirsən - MÜSAHİBƏ

"Bu gün həyatımı bu işsiz təsəvvür edə bilmirəm!"

BakuCity.az "Öz hekayəni danış" layihəsi çərçivəsində istedadlı rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinin magistri Mehriban Şəmsəddinskaya ilə söhbət edib.

Mehriban Psixi Sağlamlıq Mərkəzinin (PSM) art-terapiya layihəsinə necə qoşulması və bu layihənin onun həyatına necə təsir etməsindən danışıb.

- Psixi Sağlamlıq Mərkəzində işə necə başladınız?

- Bu, 8 il əvvəl baş verib. Həmin vaxt mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında oxuyurdum. Hazırda isə bu akademiyanın magistri kimi təhsilimi davam etdirirəm. Namizədlik işim artıq yekunlaşıb, yalnız “Azərbaycan ornamentlərinin ənənələri və innovasiyaları” mövzusunda işin müdafiəsini gözləmək qalıb.

Tələbə olduğum müddətdə Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılovla görüşdüm. O, həmin vaxt mənə mərkəzi şəkillərlə bəzəməyi təklif etdi. Buranı ilk dəfə görəndə dərhal rəsmlərimin interyerə asanlıqla uyğunlaşacağını anladım və bu gün mərkəzdə asılan rəsmlərin 90%-i mənim əl işimdir. Başlanğıcda onlarla əməkdaşlıq edəcəyimi düşünmürdüm, çünki art-terapiya üçün psixoloqun daha çox uyğun olduğunu zənn edirdim. Rəssam isə uyğunluğu necə təşkil etməyi, düzgün şəkil çəkməyi, rəng palitrasını seçməyi öyrədə bilər, amma bütün bunların bir xəstəyə necə təsir edəcəyini əsla bilə bilməz. Mərkəzdə 8 il könüllü kimi çalışdım, bu sahədə çoxsaylı kurslar keçdim və bu yaxınlarda rəsmi olaraq burada fəaliyyətə başladım.

- Mərkəzinizdə art-terapiya üzrə pasiyentlərin yaş kateqoriyası neçədir?

- Mərkəzimiz uşaqlarla məşğul olmur, bizə 18 yaşdan yuxarı pasiyentlər müraciət edir. Uşaqlar başqa bir layihədə - Heydər Əliyev Fondu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin birgə dəstəyi ilə təşkil edilmiş “İstedArt”da iştirak edirlər. Bu layihəyə qoşulanda art-terapevt təcrübəsi mənə çox kömək etdi. Beləliklə, artıq ikinci ildir daun sindromlu uşaqlarla işləyirəm. Çox yaxşı nəticələrimiz var: uşaqlar daha sərbəst, nizam-intizamlı olurlar. Uşaqların dərslərimə məmnuniyyətlə gəlməsi çox xoşuma gəlir. Dərsə getmədiyim zamanlar da olur, onda hiss edirəm ki, uşaqlar məndən uzaqlaşıb və inciyiblər. Ancaq sonra yenidən əlaqə qurur və əvvəlki rejimdə işləyirik. 

- İnsanlar hansı problemlərlə üzləşəndə art-terapiyaya gəlirlər?

- Həm psixoloji, həm də psixi problemləri olan pasiyentlərimiz var. Fikrimcə, art-terapiya istənilən insana təyin oluna bilər, çünki ağrını, əsəbi, gərginliyi şəkillər vasitəsilə özündən necə uzaqlaşdırmağı öyrədir. Sonra təhlil başlayır: birlikdə bu yolla gedirik və problemi qavrayırıq. Çox vaxt sadə tapşırıqdan - "Mən dünən - bu gün - sabah" adlı avtoportret çəkməkdən başlayıram. Bu, keçmişin, bu günün və gələcəkdəki üzün bir hissəsini təsvir edən üç cür portretdir. Məsələn, bir adam qapalı bir göz çəkərsə, deməli, onda ünsiyyət problemləri və s. var. 

Art-terapiya olduqca faydalıdır, müəyyən psixoloji xəstəliklər üçün çox vacib olan tibbi müalicədə kömək edir və bu da mərkəzimizdə tətbiq olunur. Mən bununla məşğul olmuram, təhsilim imkan vermir, amma gələcəkdə Nyu-York Universitetinin Art-terapevt fakültəsinə daxil olmağı planlaşdırıram. 

- Art-terapiya hansı nəticələri verir və belə müalicə nə qədər davam edir?

- Bir vaxtlar bu kursu keçən pasiyentlərim var ki, indi də bu terapiya üçün gəlirlər. Ümumiyyətlə, art-terapiyanın özü çox mürəkkəb və uzun bir prosesdir. Elə görünə bilər ki, insanın neqativlərdən tamamilə azad olması üçün bir neçə şəkil çəkmək kifayətdir. Əslində isə bu, çox böyük işdir. Pasiyent diqqətini onu narahat edən məqamlara yönəltməlidir, bəzi fərqləndirici xüsusiyyətlərinə diqqət yetirməli və onun üzərində işləməlidir. Burada çox şey təkcə terapevtdən deyil, insanın özündən də asılıdır.

- Ən çox hansı problemlər və diaqnozlar zamanı bu metoda müraciət edirlər?

- İstənilən psixoloji və psixi xəstəliklər zamanı. Pasiyentlərim arasında şizofreniya və autizmdən əziyyət çəkənlər də var. İş prosesinə başlamazdan əvvəl həmişə pasiyentin diaqnozunu öyrənirəm, sonra xəstəyə rahat olmağa kömək edə biləcək terapiya metodlarını seçməyə çalışıram. Ən çətini autizmli insanlarla işləməkdir, çünki onlarla əlaqə qurmaq, demək olar, mümkün deyil. Bəzən isə sizə sadəcə “salam” demələri üçün çox vaxt sərf etməlisən. Yeri gəlmişkən, dekabrın 6-da pasiyentlərimizin əsərlərindən ibarət sərgi keçirdik, olduqca uğurlu əsərlər təqdim edildi, onlar satılan əl işlərinə görə pul qazandılar. 

- Art-terapiya hansı diaqnozlu xəstəliyin tamamilə sağalmasına kömək edə bilər?

- Təəssüf ki, tamamilə kömək etdiyini deyə bilmərəm. Art-terapiya digər terapiyalarla, xüsusən də psixoterapiya ilə bağlıdır. Bir insan bir mütəxəssisin yanına gəlir, problemini deyir, sonra bu fonda müalicə alır, həmçinin ona terapiyalarımızdan faydalanmaq haqqında tövsiyələr verilir. Art-terapiyaya gəlib-gəlməmək pasiyentin öz seçimidir.

Elə günlər olur ki, xəstələrim həddindən artıq çox olur və mən onların müalicəsini heç cür ertələyə bilmirəm. Bəzən də elə olur ki, bütün gün ərzində heç kim müraciət etmir. Əlbəttə ki, mən heç kimi bu müalicəni almağa məcbur edə bilmərəm. Mən prosesin mahiyyəti, faydalarını izah edə bilərəm, məsləhət verə bilərəm. Əgər pasiyentləri buna məcburi cəlb etsəm, onları özümdən tamamilə uzaqlaşdıra bilərəm.

- Yəqin ki, terapiyanı yarımçıq saxlayanlar da olur.

- Bəli, belə də olur. Bu, çox üzücü haldır. Ancaq başa düşmək lazımdır ki, bir insan artıq art-terapiyaya gəlmək istəmirsə, deməli, seanslardan neqativ almağa başlayıb. Anlamaq lazımdır ki, bu üsul ona yaramır. Bundan əlavə, art-terapiya seanslarında iştirak etməyə özü qərar verən insanlar da var. Mən bu işə həmişə açığam və hər kəsi qəbul etməyə hazıram.

- Siz psixoloqun və ya başqa bir mütəxəssisin iştirakı ilə işləyirsiniz?

- Hamısı pasiyentdən asılıdır. Bəzən bir insanla baş-başa qalmaq daha yaxşıdır, amma mütəxəssisin bizə qoşulduğu vaxtlar da olur.

- Bakıda insanlar bu terapiya barədə nə bilirlər?

- Biz Psixi Ssağlamlıq Mərkəzinin binasında yerləşirik, buna görə də mərkəzimizdə müalicə alan insanlar çox olur. Şəhərdə bizim haqqımızda məlumat vərəqələri yerləşdirilir, internetdə reklamımız gedir. Bəzən heç bir məşğuliyyəti olmayan insanlar gəlirlər. Mən onların emosional vəziyyətlərini aşkar etməyə və adaptasiya olmalarına kömək edəcək xüsusi metod hazırlayıram. 

- Bu müalicəyə görə ödəniş xəstələr tərəfindən ödənilir?

- Mərkəzimizin xəstələri üçün art-terapiya seansları pulsuzdur. Ancaq kənardan gələn və bizdə kartoçka açdırmaq istəməyənlər üçün seanslar ödənişli olur. Çalışıram ki, başlanğıcda pasiyentlər karandaşla şəkil çəksinlər. Bu, onların əhvalını çözməyə kömək edir. Ümumiyyətlə, bir adam bir rəsmi 200 dəfə eyni cür çəkə bilər, amma 201-ci şəkli fərqli çəkə bilər. Bir insanın vəziyyətini bir az da olsun anladığını düşünürsən və qəflətən onun yeni tərəfi ortaya çıxır. 

- Xəstələrdən konkret nəsə çəkməklərini istəyirsiniz? 

- Məsələn, “mənim dostum” şəklini çəkmələrini istəyirəm. Təsvir görüntüsünün sistematikasına görə bir insanın çəkdiyi adama necə yanaşdığını anlaya bilirəm. Bir insanın heç bir dostunun olmadığı ortaya çıxsa, onu hər hansısa bir qrupa üzv etməyə çalışırıq ki, orada kimləsə ünsiyyətdə olsun. Ümumiyyətlə, onların darıxmaması üçün bu işdə çeviklik göstərmək lazımdır, əks halda onlar seanslara maraqlarını itirəcəklər. Çox az adam bu yolda sona qədər gedir. Bəziləri bu metodun onlara yaradığını xatırlayaraq bir neçə il sonra geri qayıdırlar.

- Emosional baxımdan bu işi görmək çətin deyil? 

- Həmişə insanlara kömək etməyə çalışmışam, ehtiyacı olanlara yardım əli uzatmaq mənim təbii halımdır. Mərkəzimizdəki art-terapiya proqramı vasitəsilə insanlara kömək etmək imkanım var. Onların xoşbəxt emosiyalarını görmək xoşuma gəlir. Buna görə də artıq uzun illərdir ki, bu layihədə işləyirəm. Bu gün həyatımı bu iş olmadan təsəvvür edə bilmirəm!

Züleyxa İsmayılova

Foto: Nicat Alili

BakuCity.az

art-terapiya autizm psixi sağlamlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Nuru Paşa qərargah kimi Kərbəlayi Qasımın evini seçib Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun əvəzsiz xidmətləri olub. BakuCity.az Azvision.az-a istinadən xəbər verir ki, 1918-ci ilin yay aylarında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Qobu kəndində qərargah qurub...
Ekologiya
Gündüz şimal küləyi əsəcək Fevralın 23-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda dəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti ola...
Hadisələr
Ofisiantın başını qatmaq üçün çay istəyiblər Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb. BakuCity.az-ın məlumatına görə, “Pink House” restoranının administratoru Seyran Əsgərov “Qafqazinfo”ya bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər: “Yəqin elə tez qaçsınlar deyə, oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nə...
Hakimiyyət
Səsvermə günü cəmi 350 səs toplayıb Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini Gültəkin Sadıqova YAP-ın deputatlığa namizədi olub. BakuCity.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, o, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mübarizəyə qoşulub. Həmçinin oxu: Tutulan icra...
Hadisələr
Araşdırma aparılır Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Ç.Kərimov küçəsindəki evlərin birində yaşayan 3 yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hakimiyyət
Dubayda və Türkiyədə də biznes qurub Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. BakuCity.az Yeniavaz.az-a istinadən məlumat verir ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə...
Hadisələr
21 yaşı vardı Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.    BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova tələbə olub. BakuCity.az
Cəmiyyət
Xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb Tovuzun bir neçə kəndində “parotit”, yəni el dilində “qulaqdibi” xəstəliyi yayılıb. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, dörd aydır davam edən xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb. Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb. Xəstəlik ilk dəf...
Cəmiyyət
Araşdırma aparılır Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Alim Tomar oğluna qohumu Bakı...