“Sovetski”də kompensasiya mübahisəsi - Sökülən evlərə nə qədər pul verilməlidir?

"Heç kim məni "kupçalı" evimdən çıxara bilməz!"

Bakımız gün-gündən gözəlləşir, inkişaf edir. Yeni binalar tikilir, parklar salınır, məhəllələr təmir olunur. Bir sıra yerlərdə köhnə, qəzalı, şəraitsiz evlər köçürülür, dar və yöndəmsiz küçələr geniş prospektlərlə əvəzlənir. Bir sözlə, paytaxt abadlaşır, yeniləşir. Artıq xeyli vaxtdır ki, keçmiş “Sovetski” adlanan ərazidə köçürmə işləri aparılır. 19-cu əsrin sonlarında tikilən, qəzalı vəziyyətə düşmüş köhnə evlərin sakinləri mərhələli şəkildə köçürülür, ərazi abadlaşdırılır. Lakin burada, xüsusilə də Təzə pir məscidinin yaxınlığında bəzi evlər var ki, hələ indiyə qədər köçürülməyib. Bir neçə gün əvvəl 24 ailənin yaşadığı evlərdə başlanılmış söküntü işləri dayandırıldı. Sakinlər onlara təklif olunan kompensasiyadan narazı olduqlarından evlərindən çıxmaq istəmirlər.

BakuCity.az xəbər verir ki, "Sovetski" sakini Əzimzadə Məhəmməd İbrahimxəlil oğlu Baku.ws-ə açıqlamasında bazar qiymətləri ilə razı salınmadan bir kərpicinin də sökülməsinə icazə verməyəcəyini bildirdi:

"Mən şəhərin mərkəzində yaşayıram. Kvadratı 1500 manatdan versələr şəhərin mərkəzində ev ala bilməyəcəm. Bizim ərazidə mənzillərin qiyməti çox bahadır. Kvardatı 4000-5000 manata mənzillər var. 200 kvadratlıq evi yarım milyona satırlar. Mən niyə evimi 1500-dən verməliyəm? Ən yüksək qiymət istəyirəm. Mən dövlətimin qanunlarına güvənib, evimdə oturmuşam. Heç kim məni "kupçalı" evimdən çıxara bilməz!"

Sovetskidəki evlərin bazar qiyməti nə qədərdir?

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov sakinin tələb etdiyi məbləği ağlasığmaz adlandırıb:

“Sakinlər çox şey deyə bilərlər. Söhbət əmlak bazarından gedirsə, həmin o ərazi üzrə, daha dəqiq desək, “Sovetski” adlandırılan ərazidə mənzillərin kvadratı 2 cür qiymətləndirilir. Bir var yeni tikililər, bir də var köhnə və yaşayış üçün yararsız sayılan mənzillər. Yeni tikililərdə mənzillərin kvadratı 1700-2000 manat arasındadır.

“Sovetski”nin ən yaxşı ərazisi yuxarı tərəflərdir - Nərimanov heykəlinin ətrafı və Hüseyn Cavid prospekti. Burada kvadratı 1800-2000 manatdır. Aşağı düşəndə isə Xarici İşlər Nazirliyinin yanıdır, burada da qiymətlər eynidir. Ümumiyyətlə, Nizami metrosunun ətrafında mənzillərin qiyməti kvadratı 1800-2000 manatdır. Ən yaxşı halda maksimum 2000-2200 manat olar. Söhbət təmirli yeni mənzillərdən gedir. Sakinlər 4000-5000 manatı haradan götürüblər, bilmirəm”.

Bəs narazı sakinlərlə necə ortaq məxrəcə gəlmək, onları necə razı salmaq olar? 

Ekspert çıxış yolunu sakinlərin elə həmin ərazidə tikiləcək yeni binada mənzillə təmin olunmasında görür:

"Burada bir neçə variant mümkündür. Ən optimal variant həmin ərazidə yeni binaların tikilərək sakinlərin oraya köçürülməsidir. Bu təcrübə o vaxt Nərimanov rayonunda tətbiq olundu. Sakinlərlə otaq sayına görə mənzil verildi. Neçə otağı vardısa, o sayda mənzil verdilər.  Üç otağın vardı, bu da sənin üç otağın. Ən təkmil variant budur.

İkinci variant sökülməli evlərin bazar dəyərində qiymətləndirib pulunu verməkdir. “Sovetski”də indiki köhnə evlərin ev kimi dəyəri yoxdur. Yaşayış üçün yararsız olduğundan torpaq kimi dəyəri vardır. Onlara təklif olunan kvadrata 1500 manat torpağın qiymətidir".

Bakı meriyasından isə söküntü işlərinə mane olmağı bəzi sakinlərin öz maddi vəziyyətlərini dövlət hesabına daha da yaxşılaşdırmaq cəhdi adlandırıblar:

"Bunun səbəbi isə çox sadədir. Ərazidə qalmış evlərin sahiblərinin verilən kompensasiyalar və əlavə ödənişlərlə razılaşmaması, yalnız öz maddi maraqlarını güdərək qəzalı, köhnə daxmaların əvəzinə ağlasığmaz məbləğlər tələb etmələridir. Böyük bir ərazidə abadlıq-quruculuq işlərinin aparılması, küçələrin yenilənməsi, yaxınlıqdakı binalarda yaşayanların təmizliyə çıxmasına mane olan 10-15 nəfərin pul hərisliyi, öz maddi vəziyyətlərinin dövlət hesabına daha da yaxşılaşdırılması cəhdləri üzündən söküntülər dayandırılıb".

BakuCity.az

"Sovetski" söküntü kompensasiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Bakının Səbail rayonunda iki avtomobil toqquşub. BakuCity.az xəbər verir ki, hadisə Bakı-Salyan şossesinin üçüncü kilometrliyində qeydə alınıb. “Kia” markalı avtomobil hərəkətdə olan zaman “Lada Priora” markalı nəqliyyat vasitəsi qəfil onun qarşısına çıxıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri müxtəlif bədən xəsarətləri alıb. (APA TV) BakuCity.az
Cəmiyyət
Karantin qaydalarına riayət etməyən sərnişinlər var. "Bakı metrosundan istifadə edən sərnişinlərin karantin qaydalarına əməl etmələri xahiş olunur. Əks təqdirdə bu, metronun fəaliyyətinin yenidən bağlanmasına şərait yarada bilər". BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. B.Məmmədov deyib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlə...
Siyasət
Donald Tramp Amerikanın ən güclü silaha sahib olduğunu deyib. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bir daha ölkəsinin həm Rusiya, həm də Çinin həsəd aparacağı ən güclü silaha sahib olduğunu deyib. BakuCity.az xəbər verir ki, Ağ Evin rəhbəri seçkiqabağı mitinqdə çıxışı zamanı bu silahın bəşər tarixində ən böyük silah olduğunu bildirib. Trampın dediyinə görə, ordunu canlandırmağa və heç kimin ağlına belə gətirməyəcək səviyyəyə qaldırmağa müvəff...
Cəmiyyət
Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək. Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və...
Kriminal
Bakıda intihara cəhd olub. BakuCity.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 33 yaşlı Sahil Məmmədov yaşadığı evin həyətindəki köşkdə özünü asıb. Hadisə yerinə yetişən şəxslər onu xilas edib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. BakuCity.az
Cəmiyyət
Tofiq Yaqublunun vəkilinin vəsatəti təmin edilib. Bu gün Bakı Apelyasiya Məhkəməsində 4 il 3 müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib. BakuCity.az xəbər verir ki, hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb. Həmçinin oxu: Bakı polisi və prokurorluq Tofiq Yaqublu ilə bağlı birgə məlumat yaydı Qeyd edək k...
Cəmiyyət
"Sədərək" nəzarətə götürülüb. Bakıda pandemiya ilə əlaqədar fəaliyyəti dayandırılan "Sədərək" Ticarət Mərkəzi bazar ərazisində qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı xüsusi komissiya yaradıb. BakuCity.az xəbər verir ki, bu barədə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin İdarə Heyətinin müşaviri Mikayıl Qədimov deyib. Müşavirin sözlərinə görə, hazırda ticarət mərkəzinin bütün giriş-çıxışları nəzarətə götürülüb: "Bu barədə ticarət mərkəzinin rəhbə...
Cəmiyyət
Sutka ərzində ümumilikdə 117 nəfər koronavirus infeksiyasına yoluxub. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakuity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. BakuCity.az
Cəmiyyət
Pensiya sistemi təkmilləşdirilir. Pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Əmək pensiyaları haqqında qanuna dəyişiklik" layihəsi hazırlanıb. BakuCirty.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya qanunvericiliyində bir sıra dəyişiklikləri nəzərdə tutan layihə hazırlayıb. Layihə pensiyaçıların hüquqlarının artırılmasına, güzəştli pensiya təminatının əlçatanlığına ş...