Hüquq-mühafizə orqanlarına şikayət edilib
Bakıda mağazadan oğurluq edən şəxslər təhlükəsizlik kamerasına düşüb.
BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Həzi Aslanov qəsəbəsində yerləşən İlham Həsənova məxsus ərzaq mağazasından iki nəfər oğurluq edib.
Mağazanın sahibi bildirib ki, biri satıcının başını qatıb, digəri isə arağı götürərək paltosunun yaxasında gizlədib.
İ.Həsənovun sözlərinə görə, həmin şəxslər əvvəllər də bir neçə dəfə onun mağazasından oğurluq ediblər.
O, faktla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Mağaza sahibinin görüntüləri təqdim etməkdə məqsədi onların digər oğurluqlarının qarşısını almaqdır.