Yarışmaya 2000 iştirakçı qoşulub
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı və ilə 12 və 19 Yanvar tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında “Ümid Beynəlxalq İncəsənət Müsabiqəsi” keçirilib.
BakuCity.az xəbər verir ki, ikigün keçirilən yarışmada incəsənət növlərində çıxış edən iştirakçıların sayı bu il, ötən ildən daha çox olub.
İncəsənət və rəqs növləri üzrə təşkil olunan müsabiqəyə Azərbaycanın bölgələrindən və qonşu ölkələrdən – Rusiya, Türkiyə, Gürcüstandan iştirakçılar qatılıblar.
Yarışma, körpə (6 yaşa kimi), uşaq (7-10 yaşa kimi), yeniyetmə (11-15 yaşa kimi), gənc (16 yaş və yuxarı) yaş kateqoriyasına görə təşkil olunub.
“Ümid Beynəlxalq İncəsənət Müsabiqəsi”ndə Tamaşa, Bəddii qiraət, K-pop, “Bollywood”, “Classic dance”, “Show dance”, “Folk show”, “Folk etnika”, “Folk stayl”, Balaban, Balalayka, Kamança, Qarmon, Tar, Qanun, Saz, Aşıq, Xalq çalğı alətləri, Xor, Xalq mahnıları, Vokal, Estara Vokal, Akademik Vokal, Klarnet, İnstrumental, Spripka, Fortopianino üzrə mübarizəyə ümumilikdə 2000 iştirakçı qoşulub, onlardan 105 nəfəri I yerləri, digərləri isə II və III yerlərə layiq görülüblər.
Qaliblər diplom, medal və kuboklarla mükafatlandırılıb.
Mükafatları təqdim edən ARA-nın prezidenti və AGİ-nin idarə heyətini üzvi Əziz Əzizov bütün iştirakçıları təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb: “İştirakçıların daima əziyyətlərini çəkən, onlara bu sahələri öyrədən, bu cür istedadlı, bacarıqlı uşaq və gənclər yetişdirdikləri üçün isə bəddi rəhbərlərə xüsusi təşəkkürümü bildirirəm. Ədalətli seçimlər etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün Əməkdar artist adını almış, görkəmli incəsənət xadimləri olan münsiflər heyətinə də dərindən minnətdaram”, saytımz vasitəsilə bildirib.
Qeyd edək ki, müsabiqəyə təşkilatı dəstək “Jam Group” komandası, informasiya dəstəyi isə BakuCity.az saytı tərəfindən göstərilir.