Bakıda yeni yol yaradılır: Sıxlıq xeyli azalacaq - FOTO

Yeni yolun uzunluğu 1.2 km təşkil edir

Bakı şəhərində nəqliyyat axınına müsbət təsir edəcək, yollarda olan sıxlığı aradan qaldıracaq və vətəndaşların rahat gediş-gəlişini təmin edəcək yeni avtomobil yolları layihələrinin işlənib hazırlanması və yerinə yetirilməsi ilə bağlı dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər görülür.

Agentlikdən BakuCity.az-a verilən məlumata görə, Bu tədbirlər çərçivəsində agentlik tərəfindən 2019-cu ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan yeni bağlantı yol tikilərək istifadəyə verildi. 2020-ci ildə də bu çərçivədə Yasamal rayonu ərazisində tikinti işləri aparılır.

Söhbət Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi ilə, daha dəqiqi, Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni bağlantı yolundan gedir. Tikintisi sürətlə aparılan yeni yolun uzunluğu 1.2 km təşkil edir. Yol 2 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edir.

Tikinti layihəsinə uyğun olaraq 700 m-lik ərazidə yeni yol yatağı inşa olunub, yolun profilə salınması üçün müvafiq işlər görülüb. Daha sonra layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsasının salınıb. Bura optimal tərkibli qum-çınqıl qarışığından alt və qum-qırmadaş qarışığından üst layının inşası işləri aparılıb.

Həmçinin oxu: Xırdalanın əsas yolunun təmirinə başlandı - FOTO

Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələdə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb ki, bu işlər də sürətlə davam etdirilir. Yolun qalan 500 m-lik hissəsində də mövcud örtüyün sökülərək yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.

Bundan başqa yeni yolu kənarı ilə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1.8 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına 3500 p/metr yeni səki daşı düzülür.

Yeni yolun inşası ilə Bakı Dairəvi avtomobil yolu ilə Yeni Yasamal yaşayış massivi ilə əlavə olaraq daha bir yeni bağlantısı yaradılacaq. Nəticədə sürücülərin Yeni Yasamal yaşayış massivinə daxil olub-çıxması zamanı, xüsusən günün pik saatlarında Bakı Dairəvi avtomobil yolunun yaşayış massivinə gedən hissəsində yaşanan sıxlıq və tıxac xeyli dərəcədə azalacaq. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvan başına çatmasına şərait yaradacaq.

Bütün işlər AAYDA-nin rəhbərliyinin şəxsi nəzarəti altında yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. İşlərin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Layihənin sonuncu mərhələsində 4 nöqtədə cibli avtobus dayanacağının yaradılması, yol boyu yol nişanları və göstərici lövhələr quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin işıqlandırma sisteminin yaradılması nəzərdə tutulub.

Yeni yol bağlantısının yaradılması üçün aparılan tikinti işlərinin yaxın aylar ərzində yekunlaşdırılması planlaşdırılır.

BakuCity.az

bakı yeni yol sıxlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında  gecə 18-20, gündüz 25-29, Bakıda  gecə 18-20, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 758 mm ci...
Cəmiyyət
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilib. Hazırda dünyada yeddi milyonadək insan yeni növ koronavirus (COVID-19) xəstəliyinə yoluxub, 400 minədək şəxs vəfat edib. COVID-19 virusunun peyvəndi bu günədək tapılmadığından dünya dövlətləri tərəfindən davamlı preventiv tədbirlər həyata keçirilməkdədir. BakuCity.az xəbər verir ki, son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması ölkənin bir sıra bölgələrində san...
Cəmiyyət
Əli Əsədov koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib. Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib. BakuCity.az nazirin müraciətini təqdim edir: "Hörmətli həmvətənlər! Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan...
Cəmiyyət
Azərbaycanda iş saatı dəyişdirilib. Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub. BakuCity.az xəbər verir ki, dövlət və özəl müəssisələr sabah saat 14:00-a kimi fəaliyyət göstərəcək. Buna görə artıq yerli icra hakimiyyəti və bir sıra dövlət orqanlarının əməkdaşlarına məlumat verilib. Onlara qaydalara ciddi əməl etmələri tövsiyə olunub. Qe...
Hadisələr
Bakıda Aeroport yolundan Bakıxanov istiqamətinə gedən yolda nəqliyyat vasitəsi yanıb. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə, saat 23:00 radələrində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyevanın sözlərinə görə, 208 saylı sərnişin avtobusu qaraja gedərkən yolda alışıb.  Avtobus alışarkən boş olub. Yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb. Xəsarət alan olmayıb. Hadisə şahidlərinin sözlərinə...
Kriminal
Bakıda metroda polislə “maska insidenti”nə görə 5 nəfər barəsində cinayət işi başlanıbə. Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar. BakuCity.az xəbər verir...
Cəmiyyət
“Yoluxma sayının artması karantin rejiminin sərtləşdirilməsilə bağlı müraciəti labüd edib”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. R.Bayramlı qeyd edib ki, yaxın iki ayda tam üç gün ərzində küçəyə çıxma qadağası təklif olunub. Sədrin sözlərinə görə bu təklif qəbul edilib, detalları müzakirə...
Cəmiyyət
“Vətəndaşlar yenidən icazə sistemi ilə yaşayış yerini tərk edəcəklər”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirdiyi brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. R.Bayramlının sözlərinə görə, elə istehsalat sahələri var ki, fasiləsiz işləməlidir. Sədrin dediyinə görə, bununla bağlı qərar isə bu gün veriləcək: “Zəruri işləməli olan müəssisələrin...
Cəmiyyət
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət ç...